E1105

Adı: Lizosimlər

Mənşəyi: Heyvan mənşəli, sintetik, GDO-lu

Təsviri: Gözyaşı, tüpürcək, qan və insan südünün tərkib hissəsi olan təbii fermentdir. Əsasən yumurta ağından və ya bakteriyanın genetik strukturu dəyişdirilərək əldə edilən bir fermentdir. Uşaq yeməkləri, pendirlər və dərmanlarda qoruyucu olaraq istifadə edilir. Mənbəyinə bağlı olaraq GDO-lu olma ehtimalı vardır. Lizosim fermenti ticari olaraq qidalarda istifadə edilən tək antimikrobial fermentdir. 1922-ci ildə Alexandar Fleming tərəfindən kəşf edilmişdir. 1993-cü ildə FAO/WHO lizosimin toksik olmadığını açıqlamışdır. Təbii bir qida qoruyucusu olan lizosim, həzm sistemində parçalandığında sağlamlıq problemlərinə səbəb olmur. Toyuq yumurtası ağının quru ağırlığının ortalama 3,5%-ni lizosim meydana gətirir. Bu baxımdan lizosim əsasən yumurta ağından və ya mikroorqanizmlərdən əldə edilir. Lizosim Avropada şərab istehsalında, sərt və yarı sərt yetkinləşdirilmiş pendirlərdə istifadə edilir. Yaponiyada isə suşi, krevet, istridyə kimi dəniz məhsullarında, krem və kartof salatlarında istifadə edilir. Antimikrobial özəlliyinə görə diş məcunu, ağız suları və saqqızlarda da lizosim istifadə edilir.

Riskləri: Allergik reaksiyalara səbəb ola bilər. Mənbəyinə və əldə olunma üsuluna diqqət edilməlidir. Qətiyyən tövsiyə olunmur!

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir