Adı: Etil spirti
Digər adları: Etanol, bitki mənşəli spirt, hidroksitan
Mənşəyi: Sintetik, bitki mənşəli
Təsviri: Orqanizmdə metabolizə olunan yeganə spirt növüdür. Etanol/etil spirti şəkərin fermentasiyası zamanı əldə olunan, aydın, rəngsiz, həlledici, dezinfeksiyaedici və yanıcı bir mayedir. Tərkibində spirt olan içkilərin hazırlanmasında, qida maddəsində həlledici və anti-mikrob agent olaraq istifadə edilir. Yağ və aromalı kola, limonad, aromalı içkilər, meyvə şirəsi, mineral su, spirtsiz etiketli pivələr, souslar, bəzi bitki mənşəli yağlar, spirtli içkilər, öskürək siropları, dərmanlar, ağız qarqaraları, antiseptiklər, saç spreyləri kimi müxtəlif məhsullara fərqli ölçülərdə və müxtəlif məqsədlərlə spirt əlavə olunur. Restoran və otellər salatların pozulmaması, südlü, şirin məhsulların dad və ləzzətinin mühafizəsi, stabil saxlanılması, ətlərin uzunmüddətli qalması kimi məqsədlər üçün də istifadə edirlər. Spirtsiz etiketli içkilərə aroma həlledicisi, ləzzət artırıcı və xüsusi dad asılılığı meydana gətirməsi üçün etil spirti əlavə oluna bilər. Bu əlavələrin etiketə yazılması isə zəruri deyil. Ətraflı məlumat üçün “spirt” haqıında məlumata baxın. Artıq qatqı maddəsi olaraq qəbul edilmədiyindən, bu kod istifadə edilməyə bilər.
Riskləri: Spirt, dozası nə qədər olursa olsun, asılılığa gətirib çıxarır. Sağlamlıq baxımından riskləri isə sayıla bilməyəcək qədər çoxdur. Dini həssaslığı olanlara qətiyyən tövsiyə olunmur!