Adı: Diasetat qliserin (diasetin)
Mənşəyi: Sintetik, bitki mənşəli, GDO-lu, heyvan mənşəli
Təsviri: Əsasən sirkə turşusundan (E260) və qliserindən hazırlanır. Efir və ya spirt də həll ola bilir. Heyvanlardan və geni dəyişdirilmiş bitkilərdən də əldə edilə bilir. Qidada istifadəsi çox geniş yayılıb, eyni zamanda ətirlər, fotoqrafiya, dəriyə qulluq vasitələri, kərə yağı, sellüloz istehsalı kimi sahələrdə də istifadə edilir. Tətbiq edildiyi məhsula plastik bir görünüş verir. Qliserin diasetat qliserin (E 422) və asetik turşusudan(E 260) əldə edilir. Aromalarda və saqqızlarda nəm saxlayıcı olaraq istifadə edilir. Bundan başqa daşıyıcı və həll edici maddə olaraq da istifadə edilir. Nəm saxlayıcılar, qidaların suyla qarışdırıldıqlarında original su səviyyələrinə dönmələrinə yardımcı olur. Qurudulacaq qidalara qurutma öncəsi əlavə edilən nəm saxlayıcılar ayrıca mürəbbə, jele, marmelad, keks, tort kimi qidaların yumuşaqlılığının uzun müddət davam etməsini təmin edir. Marşmelov, pastil və jel formasındakı şəkərləmələrdə şəkərin istənilməyən bir şəkildə kristallaşmasının qarşısını alaraq yumuşaq qalmasını təmin edir. Ət məhsulları və sosiskalarda bişirmə keyfiyyətini artırmaq üçün də nəm vericilər istifadə edilir. Qidalarda laktik turşusunun duzları, natrium tripolifosfat, polioller, qliserol, mannitol və sorbit kimi qatqı maddələri nəm verici olaraq istifadə edilir. Bu qatqı maddələri digər bölümlərdə açıqlanmışdır.
Bu qatqı maddəsi ehtiva etdiyi qliserinə görə heyvan mənşəli və ya bitki mənşəli qaynaqlı ola bilir.
Riskləri: Qanda şəkər miqdarını yüksəldərək diabetin yaranmasını artırır, miqren ağrılarına, susuzluğa və ürəkbulanmasına səbəb olur. Qətiyyən tövsiyə olunmur!