Qida qatqı maddələriylə əlaqədar qanuni tənzimləmələr

Qatqı maddələrinin sistemli bir şəkildə ilk dəfə ələ alınması 1956-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı (WHO) və Birləşmiş Millətlər Qida və Əkinçilik Təşkilatı (FAO) tərəfindən, 40 dünya ölkəsini əhatə edən bir çalışma ilə həyata keçirilmişdir. Bu çalışma ilə birlikdə 114 süni rəng maddələri ilə 50 təbii rəng maddələrini ehtiva edən siyahılar nəşr olunmuş və bu qatqı maddələri qida sektorunda istifadə edilməyə başlanmışdır. 1962-ci ildə FAO və WHO təşkilatlarının bu mövzularda mütəxəssisləri bir araya gələrək yaranan Birləşmiş Qida Qatqı Mütəxəssis Komitəsi (JECFA), bu gün də qatqı maddəsi olaraq istifadə edilən hər kimyəvi maddə üçün toksikoloji çalışmaların tənzimlənməsini, icra edilməsini və nəticələrinin qiymətləndirmələrini öhdəsinə götürmüş beynəlxalq bir təşkilatdır.

Hər ölkədə qida qatqı maddələrinin istifadəsini tənzimləyən milli qanunvericilik və bunu tətbiq edən rəsmi qurumlar var. Qida qatqı maddələri ilə əlaqədar işlər Birləşmiş Millətlər Qida və Əkinçilik Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının təsis etdiyi qidalarla əlaqədar komissiyası (CAC) və bu qurumun alt komitəsi olan Birləşmiş Qida Qatqı Mütəxəssis Komitəsi (JECFA) tərəfindən həyata keçirilir. Bu təşkilatlar qatqı maddələrinin insan sağlamlığı baxımından etibarlılığı mövzusunda işlər görür və müəyyən dozalarda istifadəsində problem olmadığı təyin olunan qatqı maddələriylə əlaqədar siyahıları hazırlayır. JECFA bütün qida qatqı maddələrini davamlı olaraq müşahidə edərək istifadə şərtlərinin dəyişməsi və yeni elmi məlumatların ortaya çıxması halında, toksikoloji işlər nəticəsində lazım olduqda ADI dəyərində dəyişikliklər edir, zərərli təsirləri təsbit etdiyində qatqı maddəsini tamamilə qadağan edir.

Qida qatqı maddələrinin istifadəsi insan sağlamlığını ilk növbədə əlaqədar etdiyi üçün bir qatqı maddəsinə icazə verilmədən öncə bir çox araşdırmalar aparılır. Bəzən illərlə davam edən bu araşdırmalar nəticəsində qatqı maddəsinin qidalarda istifadə edilə biləcək miqdarı müəyyən edilir.

Qida qatqı maddələri ilə əlaqədar qanuni tənzimləmələr edən qurumlar

  1. CAC (Codex Alimentarius Commission) – Beynəlxalq Qida Kodeksi Komissiyası.

Bu komissiya qidalarla əlaqədar standartları hazırlayır, tənzimləyir və mövzuyla əlaqədar lazımi sənədləri tərtib edir. İnternet ünvanı: http://www.codexalimentarius.net

  • The Codex Alimentarius – Ərzaq Kodeksi.

“Codex Alimentarius”, latın dilində “qida kitabı” deməkdir. BMT-ni yaradan təşkilatın xəyalı “Yeni Latın İmperatorluğu”nu bərpa etmək olduğundan həm elmdə, həm də qlobal arenada latınca anlayışları əsas götürülür və qəbul etdirilir.

“The Codex Alimentarius”/Beynəlxalq Ərzaq Kodeksi Komissiyası, yaxud ərzaq kodu 1960-cı illərdə Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatı (WHO) tərəfindən təsis edilmişdir. Qida ehtiyacları və əlaqədar məsələlərin təmin olunmasına rəhbər olmağı, bunların həllinə yardımçı olmağı və beləliklə, beynəlxalq ticarəti asanlaşdırmağı qarşılarına məqsəd qoyduğunu bildirir. Sistemə 166 ölkə üzvdür. Türkiyə də sistemin üzvlərindən biridir. Azərbaycanın da bu komissiyaya üzv olması üçün müvafiq tədbirlər görülür. “Codex Alimentarius”da müəyyənləşdirilən standartların hüquqi bir əlaqəsi yoxdur. Kodeks qaydaların müəyyənləşdirilməsində Ümumdünya Ticarət Təşkilatı və qlobal şirkətlərin maraqları ən vacib prioritetdir. Tez-tez edilən dəyişikliklərdə hər cür qida əlavələrilə yanaşı, asılılıq yaradan allergen və hətta ölümcül nəticələr doğuran üsulların istifadə edilməsi “kodeks maskası” ilə təqdim olunur. Hər şey əlavə olunan vasitə və ya “doza hiyləsi” ilə maskalanır. Türk araşdırmaçı-yazar İsmayıl Tokalak təşkilatı belə xarakterizə edir: “Codex Alimentarius qlobal sərmayənin nəzarəti altındadır. Bu vəziyyət onun ərzaqla bağlı müəyyən maddələri, insan sağlamlığı üçün meyarları müəyyən etməsini olduqca şübhəli və etibarsız edir. Bu təşkilat qlobal imperializmin gizli silahlarından biridir. 2009-cu ilin sonundan etibarən aralarında Türkiyənin də olduğu dünyanın ən böyük muzdlu qatili Ümumdünya Ticarət Təşkilatına üzv olan ölkələr qlobal sərmayənin maraqları üçün təşkil olunmuş bu Qida Kodeksinə tabe olmaq məcburiyyətində qalmışdır”. Bu səbəbdən qidaların sağlam olub-olmağından çox, kodeksə uyğun olub-olmadığına baxılır. Sağlam olsa da, kodeksə uyğunluq məsələsi yoxdur. Bu vasitə xalq sağlamlığının qorunması və ərzaq ticarətindəki ədalətli üsullar adı ilə irəli sürülür. Beynəlxalq Ərzaq Kodeksi Komissiyası 1997-ci ildə Müsəlmanlar üçün “Halal Təlimatı” yayınlamaqdan belə çəkinməmişdir.

Kodeks Alimentarius Komissiyası üzv ölkələrlə əlaqələri asanlaşdırmaq məqsədiylə hər ölkədə “Kodeks Əlaqə Nöqtəsi” təsbit etmiş və çox ölkələr milli fəaliyyətlərini koordinasiya etmək məqsədiylə Milli Kodeks Komitəsi yaratmışdır.

  • CCFAC (Codex Committee on Food Additives and Contaminants) – Qida Qatqı və Kontaminantlar Kodeksi Komitəsi.

Bu komitə qida qatqıları ilə əlaqədar hədlər qoyur və bu maddələrin qidalarda icazə verilən maksimum miqdarını müəyyən edir.

4. JECFA (Joint Expert Committee on Food Additives and Contaminants) – Qida Qatqı Maddələri üzrə Mütəxəssislər Komitəsi.

“Codex Alimentarius”un Qida Qatqı Maddələri üzrə Mütəxəssislər Komitəsinin (Joint Expert Committee on Food Additives) qısa adıdır. 1962-ci ildə FAO və WHO təşkilatında çalışan mütəxəssislər tərəfindən qurulmuşdur. Qidalardakı toksikoloji qiymətləndirmələri və qatqı maddələrinin A, B, C siyahılarını hazırlayır. A siyahısı müsbət siyahıdır, yəni qida qatqı maddəsinin ADI dəyəri müəyyən olunmuşdur. B siyahısında qiymətləndirilməsi tamamlanmamış qatqılar var. C siyahısı isə neqativ siyahıdır. Bu siyahıda olan qatqı maddələrinin qidalarda istifadəsinə icazə verilmir. Bununla birlikdə JECFA qidalarda qatqı maddələrinin analizləri ilə əlaqədar analiz üsulları inkişaf etdirir və qida qatqı maddələrinin spesifikasiyalarını müəyyən edir. Qida qatqı maddələrinin gündəlik – illik istehlak səviyyələrini müəyyən etmək və qiymətləndirmək də JECFA-nın vəzifəsidir. İnternet ünvanı: jecfa.ilsi.org JECFA bugünə qədər 1400-dən çox qida qatqı maddəsi dəyərləndirmişdir. Bu dəyərləndirmələr monoqraflar şəklində yayınlanır.

5. SCF (Scientific Committee for Food) – Qida üzrə Elmi Komitəsi.

(EU-Scientific Committee on Food (Avropa Birliyi Elmi Qida Komitəsi):Avropa Birliyinin yaratdığı elmi qida komissiyasıdır. İnternet adresi: http://ec.europa.eu/food/committees/scientific/index_en.htm Avropa Birliyinin qidalarla əlaqədar toksikoloji, gigiyena və qidalanma mövzularında səlahiyyətli komitəsidir. 1974-cü ildə qurulmuşdur. SCF Kodeks Alimentarius, JECFA, JMPR, FDA kimi təşkilatların sənədlərindən də faydalanaraq hesabatlarını hazırlayır. Bu hesabatlar Avropa cəmiyyətinin qərar müddətlərində dəyərləndirilərək Avropa Cəmiyyəti Təlimatları (EC Directives) olaraq tətbiq edilməyə başlanır.

6. FDA (US Food and Drug Administration) – Amerika Qida və Dərman Dairəsi.

Yuxarıda qeyd olunan təşkilatlar içində ən qədim təşkilatdır. 1931-ci ildə yaradılmışdır. Hər nə qədər ABŞ-ın milli təşkilatı olsa da dünya ölkələrinin referans olaraq qəbul etdiyi bir mövqedədir.

7. GRAS (Generally Recognized As Safe)

Qida qatqı maddələri ilə əlaqəli, əsasən təhlükəsiz qəbul edilən siyahıları hazırlayır. İnternet adresi: www.fda.gov

ABŞ Səhiyyə Nazirliyinə bağlı olan təşkilat yeyinti, qida etiketləri, qidalanma, dərman, səhiyyə məhsulları, tibbi vasitələr, radiasiya yayan alətlər, baytarlıq və kosmetika ilə bağlı hər cür standart və nəzarətdən cavabdehdir. ABŞ bir yana, bütün dünya ölkələrinə tövsiyə olunan təşkilatlardan biri olan FDA, qlobal şirkətlər üçün əvəzolunmaz bir mərkəzdir. FDA rəhbərlərinin nəzarət etməkdə məsul olduqları xüsusi şirkətlərə transfer olunması artıq adi bir hal almışdır. ABŞ-da bu “dönər qapı” sistemi adlanır.

8. WHO (World Health Orqanization) – Ümumdünya Səhiyyə Təşkilatı

Ümumdünya Səhiyyə Təşkilatı (World Health Orqanisation/WHO): Birləşmiş Millətlər Təşkilatına bağlı olan təşkilatlardan biridir və 1945-ci ildə yaradılmışdır. 1946-cı il 19-22 iyul tarixlərində Nyu-Yorkda Beynəlxalq Tibb Konfransı keçirilmişdir. Yığıncaqda 51 ölkənin nümayəndələri ilə yanaşı, FAO, BƏT, UNESCO, OIHP, PAHO, Qızıl Xaç və Ümumdünya Fəhlə Həmkarlar İttifaqları Federasiyası da iştirak etmişdir. Bu toplantıda Ümumdünya Səhiyyə Təşkilatının konstitusiyası sayılan nizamnaməsi və protokolları qərarlaşdırılmışdır. Toplantının ən maraqlı tərəfi Sionist bir qurum olan Rokfeller Fondunun nümayəndələrinin də orada olmasıdır. Bu illər, dünya əhalisinin azaldılması üçün Rokfeller tərəfindən yaradılan Əhali Şurasının yaranma illəridir. Çoxsaylı dərman, ərzaq, kənd təsərrüfatı, səhiyyə, kimya, neft, enerji, maliyyə, təhsil qurumunun sahibi olan, eyni zamanda Bilderberqin qurucularından olan Rokfellerin, sadəcə ölkələri maraqlandıran beynəlxalq bir təşkilatın quruluş konstitusiyasının hazırlanmasında rol alması maraqlı və bir o qədər də diqqət yetirilməli olan tarixi bir faktdır. 2009-cu ildə yaşanan “donuz qripi ssenarisi”, Ümumdünya Səhiyyə Təşkilatının əsl iç üzünü bir daha göstərdi. Hamının bildiyi qriplərdən də az təhlükəli olan bir virusun təhlükəli olaraq göstərilməsinə və bu məqsədlə yüzlərlə milyard dollarlıq peyvəndlərin satılmasına rəhbərlik etdiyi ortaya çıxan bu təşkilatın, müstəqil hökümətlərin gözündə heç bir dəyəri yoxdur. Dərman və səhiyyə sektorunun “satış təmsilçisi” olan Ümumdünya Səhiyyə Təşkilatının qurucularından Rokfeller kimi güclərin oyuncağı bilavasitə məsxərəsi olmaqdan başqa bir funksiyası yoxdur. İnkişaf etməmiş və ya inkişaf etməkdə olan cəmiyyətlərin qidalarına nəzarət edilməsinə, apardığı peyvənd kampaniyaları ilə insanların qısırlaşdırılmasına QİÇS və s. süni epidemiyalarla peyvənd və dərman sınaqları keçirilməsinə rəhbərlik etməklə kifayətlənməyib, bunların leqallaşdırması bu təşkilatın yaranma məqsədini açıq şəkildə göstərir. Dərman və səhiyyə sektorunun “satış təmsilçisi” olan WHO-ya 191 ölkə üzvdür. Dərman şirkətləri ilə Rokfeller və Ford Fondu kimi güclərin oyuncağı olmaqdan başqa bir funksiyası yoxdur.

9. EFSA – “Avropa Ərzaq Təhlükəsizliyi İdarəsi”.

Bu təşkilat 178/2002 saylı qərarla yaradılmışdır, mərkəzi İtaliyada yerləşir. Fəaliyyət sahəsi heyvan sağlamlığı, heyvan rifahı, bitki mühafizəsi, bitki sağlamlığı və qidalanma daxil olmaqla, ərzaq və yem təhlükəsizliyi üzərində birbaşa və ya dolayı təsiri olan bütün məqamları əhatə edir. EFSA-nın ən mübahisəli qərarlarının başında, geni dəyişdirilmiş orqanizmləri (GDO) müsbət qarşılaması gəlir. Birləşmiş Millət Təşkilatına bağlı təşkilatlarda olduğu kimi, EFSA da qlobal şirkətlərin blokadası altındadır.

10. FSA (Foods Standart Agency) – Qida Standartları Agentliyi.

Birləşmiş Krallıq Qida Standartları Agentliyinin qısa adıdır. Avtonom bir təşkilat olan FSA İngiltərə, Şotlandiya, Uels (Galler) və Şimali İrlandiya kimi Birləşmiş Krallığın tərkibində olan ölkələrin qida, cəmiyyət sağlamlığı və istehlakçı hüquqlarını qorumaq üçün 2000-ci ildə xüsusi bir qanunla qurulmuşdur.

11. FAO (Food and Agriculture Orqanization) – Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı.

Qatqı maddələriylə əlaqədar görülən işləri yayımlayır. Qida qatqı maddələrinin qatılacağı qidalar və miqdarları qanun və təlimatlarla nizamlanır. 1943-cü ildə “Cəmiyyəti Akvam” dövründə “aclığı yox etmək və qidalanma şərtlərini yaxşılaşdırmaq” iddiasıyla qurulmuşdur. 1946-cı ildə Birləşmiş Millətlər Təşkilatına qatılıb. Fəaliyyət sahəsi kənd təsərrüfatı, yeyinti, heyvandarlıq, meşəçilik və balıqçılıqla bağlı məhsulların istehsalı, ticarəti və yığılmasıdır. Mərkəzi Romada olan təşkilatın çoxsaylı ölkədə büroları var. Statistik araşdırmalar aparır, hər il dünya miqyasında məlumatlar dərc edir. Bu faktlardan biri də aclıq faizləridir. Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı da Ümumdünya Səhiyyə Təşkilatı, Dünya Bankı və Ümumdünya Ticarət Təşkilatı kimi qlobal hegemon güclərin nəzarətindədir. Bu səbəbdən onların verdiyi məlumatların doğruluğuna inanmaq olduqca çətindir. Bu cür təşkilatların dünya göstəricilərini necə təhrif etdiklərinə və yönləndirilməsinə dair xeyli sayda əsər qələmə alınmışdır. Hər cür manipulyasiya edən bu təşkilatların açıqlamalarına görə dünyada hal-hazırda 1 milyard 20 milyon insan acdır. Hər beş nəfərdən birinin aclığa məhkum olduğu təəssüratı yaradılır. Bu vəziyyət “GDO-nun qanuniləşdirilməsi” və “GDO məhsul əkiminin aclığa çarə olacağı” iddialarını gücləndirmək üçün istifadə edilir və şirkət əkinçiliyi genişləndirir. Bu gün dünyada hər il aclıq həddinin altında yaşayanların hamısını bir neçə il doyuracaq miqdarda istehsalın bol olmasına baxmayaraq, təşkilat qidaların düzgün paylanılması probleminə heç toxunmur.

12. WTO (WORLD Trade Orqanization) – Ümumdünya Ticarət Təşkilatı.

Bu təşkilat dünya ticarətini idarə etmək üçün GDO-lu məhsul istehsal edən şirkətlərin təsərrüfatını dünya miqyasında yaymaq, toxumlara nəzarət etmək, patent, markalaşma və müəlliflik hüquqlarına nəzarət etmək kimi məqsədlərlə, millətlər hüququnun üstündə və heç bir dövlətə hesabat verməyən bir təşkilat olaraq, dünya toxum nəhəngi Karqillin təşəbbüsü ilə 1 yanvar 1995-ci ildə yaradılmışdır. Tariflər və Ticarət üzrə Baş Sazişinin (GATT) davamı kimi göstərilmək istəsə də, aralarında çox fərqlər vardır. 1948-ci ildə qurulan GATT, sadəcə mal ticarətini əhatə edir, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) mal, xidmət və əqli mülkiyyət haqları kimi də bilinən əqli ticarətə də nəzarət edir. ÜTT-də qərar verənlər ABŞ, Kanada, Yaponiya və Avropa İttifaqıdır. ÜTT-ə üzv olan ölkələr qəbul olunan qərarları müzakirə etmədən qəbul etməyə məcburdurlar. Ölkələri, ABŞ-ın bilavasitə qlobal hegemon güclərin kommersiya kölələrinə çevirən təşkilatın kənd təsərrüfatından toxuculuğa, xidmətlərdən əqli mülkiyyət hüquqlarına qədər  fərqli sahədə 29 ayrı birləşdirici sahələrlə yanaşı, üzvlərin böyük məsuliyyət və öhdəliklər daşıdığı 25 qətnamə, bəyannamə və sazişi var. ÜTT-nün həssas olduğu sektorların başında heç şübhəsiz kənd təsərrüfatı və buna görə də GDO gəlir. Onsuz da yaradılmasının əsas məqsədi ÜTT-yə aid qərarları ilə üzv olan ölkələrdə GDO-nun sərbəst daxil olması və dəstəklənməsidir. Bütün bunları edərkən, kənd təsərrüfatı və ixracın təşviqi, ərzaq təhlükəsizliyi, bitki və heyvan sağlamlığı kimi hər kəsə xoş gələn “bəzəkli anlayışları” da özünə “qalxan” olaraq istifadə edir.

Əqli mülkiyyət hüquqlarının ticarətlə bağlı yönünü TRIPS müqaviləsi ilə tənzimləyir. Bu müqavilə, müəlliflik və patent hüquqları kimi yeni əqli mülkiyyət hüquqlarını dilə gətirməklə kifayətlənmir. Coğrafi işarələr, sənaye layihələri, ticarət markaları, ticarət sirləri və inkişaf etdirmə prosesləri ilə bağlı məlumatların qorunmasını təmin edərək, varlıq səbəbi olan firmaların mülkiyyət və hüquqlarını qoruyaraq, yerli inkişaf və kiçik miqyaslı səylərin qarşısını da kəsir. Mərkəzi Cenevrədə olan ÜTT-nün qərar, müqavilə və öhdəlikləri bütün üzv dövlətlər üçün milli qanunlarının üzərində bir üstünlüyə malikdir. Digər bir problem isə texniki yardım adı altında ölkələrin sistemlərini dəyişdirməsi və asılılıq modelləri yaratmaq üçün çalışmasıdır. ÜTT-nün qərarları qətidir və üzv ölkələr aiddir. Şirkətlər də ölkələri ÜTT-yə şikayət edə bilər. Məsələn, Türkiyənin Kənd Təsərrüfatı Naziri Mehdi Eker, “Beynəlxalq ticarət qaydaları öz istəyinə uyğun aktlar və sanksiyalar qoyur. Amerika bizim bu tətbiqimizi Ümumdünya Ticarət Təşkilatının azad ticarət qaydalarına zidd olduğu iddiasıyla şikayət etdi” deyə etiraf etdi. ÜTT-yə ən maraqlı, hətta qalmaqal şikayətlərdən birini isə Türkiyə etdi. Kanada Parlamenti 2009-cu il 8 oktyabrda C-32 saylı, tütün məhsullarında qida əlavələrinin istifadəsini qadağan edən bir qanun çıxardı və qanun 2010-cu ildə qüvvəyə mindi. Kanadanın çıxardığı bu qanun ətirli siqaret kimi tanınan bananlı, şokoladlı, çiyələk kimi siqaretləri qadağan edirdi.

13. İARC (The International Agency for Research on Cancer) – Beynəlxalq Xərçəng Araşdırma Agentliyi.

Ümumdünya Səhiyyə Təşkilatına bağlı bir təşkilatdır. Mərkəzi Fransanın Lion şəhərində yerləşir.

Qatqı maddələrinə nəzarəti necə edilir

Bütün ölkələrdə qida qatqı maddələrinin isifadəsiylə əlaqəli qanuni normativlər vardır. Bu mövzuyla əlaqəli olaraq özəl qurumlar müəyyənləşdirilmiş və vəzifə bölgüsü aparılmışdır. Məsələn, ABŞ-da Qida və Dərman Dairəsi (FDA), Avstraliya və Yeni Zellandiyada Avstraliya Yeni Zellandiya Qida Qurumu(ANZFA) kimi qurumlar öz ölkələri üçün qatqı maddələri standartlarını müəyyən edirlər. Yuxarıda bildirildiyi kimi qatqı maddələriylə əlaqəli beynəlxalq təşkilatlar bir-biri ilə birlikdə hərəkət edirlər. Güvənilən mərkəzlərdə aparılan araşdırma nəticələri dəyərləndirilərək ortaq qərarlar verirlər. Bir çox ölkə birbaşa özü təcrübi araşdırmalar aparıb öz standardarını müəyyənləşdirmək yerinə, beynəlxalq təşkilatların araşdırma nəticələrini və standartlarını əsas alaraq öz ölkəsinin standartlarını müəyyənləşdirirlər.

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir