INS, qatqı maddəsinin funksiyasına görə 100-dən başlayaraq davam edən bir nömrə verir və əvvəlinə E hərfi əlavə olunur. Avstraliya və Yeni Zelandiyada E əvəzinə A hərfi istifadə edir. ABŞ-da isə E-nin yerinə, U hərfinin də istifadə edilir. E-dən sonra gələn nömrə E100 və ya E1550 kimi 3 və ya 4 xanalıdır. Məhsul etiketlərində yazılmasa da istehsalçıların seçməsi üçün qatqı maddələri E101 (i): Riboflavin, E101(ii): Riboflavin – Natrium Fosfat nümunəsində olduğu kimi (i) və (ii) şəklində əlavə kodlar da ala bilir.
Avropa İttifaqı ölkələrində olduğu kimi qida qatqı maddələri E ön şəkilçisi ilə nömrələnir. Beləliklə, E nömrələri təsdiq olunmuş bir qida əlavəsi maddəsini ifadə edir. Məsələn, 441 nömrəsi ilə jelatin (gelatine) əvvəlinə E əlavə olunaraq, E441 olur. Hər bir qatqı maddəsinin E kodu olmaya bilər. Lakin, 60.000-dən çox qatqı maddəsinin sadəcə 1000-də E kodu var. Qatqı maddələri müxtəlif məqsədlərlə istifadə edilməklə yanaşı, ümumiyyətlə, pozulma və digər keyfiyyət itkilərinin qarşını almaq üçün istifadə edilir.
Qida qatqı maddələri qida etiketlərində fərqli şəkillərdə ifadə edilə bilər. Eyni qatqı maddəsinin dəyişik ifadə şəkilləri üçün aşağıdakı nümunəyə nəzər yetirək:
Monosodyum qlutamat (MSG) ləzzət artırıcı olaraq bir çox qidaya qatılır. Bu qatqının nömrəsi E621-dir. Əgər bir yemək monosodyum qlutamat ehtiva edirsə, qida etiketində aşağıdakı ifadələrin biri ilə ifadə edilə bilər:
“Ləzzət artırıcı (monosodyum qlutamat – E621)” “Ləzzət artırıcı (monosodyum qlutamat)” “Ləzzət artırıcı (E621)” “monosodyum qlutamat – E621” “monosodyum qlutamat” “E621”
Bu ifadələrin hamısı da eyni şeyi anladır. Bir maddənin E nömrəsini görmək bizi ürkütməməli və ya açıq adının yazılması onun təhlükəsiz olduğu mənasına gəlməməlidir. “E nömrəsiylə yazılan maddələr qida qatqı maddələrini ifadə edir və bunlar zərərlidir. E nömrəsiylə yazılmayanlar isə yaxşıdır, zərərsizdir” kimi bir anlayış yanlışdır. E nömrələri ilk vaxtlar qab üzərində istifadə cəhətdən asan olduğu üçün seçilmişdir. Ancaq istehlakçılar bu nömrələrin mənalarını bilmədiklərindən, zaman içərisində bunlara qarşı bir reaksiya meydana gəlməyə başlamışdır. İndi istehlakçılar əksəriyyətlə sadəcə E nömrələrindən çox qatqıların açıq adlarının və ya E nömrəsiylə birlikdə açıq adlarının yazılmasını tərceh edirlər.