E/EC Kodu

Qatqı maddələrinin qısa bir kodla adlandırılması ilk ola­raq Avropa ölkələrində 1962-ci ildə qəbul edilmişdir. 1964-cü ildə isə sistem, funksiyalarına görə kodlaşdırılmağa başladı. Qidalara əlavə olunan qatqı maddələrinin yazılması isə 1965-ci ildə başladı. E, European (Avropa) sözünün ilk hərfidir.

EC, “European Community” – Avropa Birliyi ifadəsinin qısa yazılışıdır. Qidalara ilk olaraq Avropa kod verdiyindən, E kodları “EC kod sistemi” olaraq tanınmışdır. Avropa Birliyi 1979-cu ildə Avropa Birliyi ölkələrində istifadə edilməsinə icazə verilən hər qida qatqı maddəsinin bir E nömrəsi və üç rəqəmli bir ədəd ilə göstərilməsinə qərar vermişdir. Nömrənin əvvəlindəki “E” hərfi Avropa (Europe) sözünün baş hərfini ifadə edir. E hərfinin yanındakı 3 və ya 4 pilləli ədəd isə qida qatqı maddəsinin kimyəvi adı yerinə istifadə edilən bir kodlaşdırma sistemidir. Bir qida maddəsinin istehsalında istifadə edilən qatqı maddələri etiketin üzərindəki içindəkilər siyahısında yazılır. Ancaq bu qatqılar E kodlarıyla yazıla biləcəyi kimi, qida qatqı maddəsinin açıq kimyəvi adı da yazıla bilir.

Məsələn: Pektinin E kod nömrəsi 440-dır. Əgər bir məhsul pektin ehtiva edirsə, etiketində ya E440 ya da bu nömrənin kimyəvi adı olan “pektin” yazılır. Hər qatqı maddəsinin E nömrəsi olmaya bilər, məsələn aromalarda olduğu kimi. Aroma maddələrinin sayı çox çox olduğu üçün E kodu verilməmişdir. Jelatin isə bir qida maddəsi olaraq qəbul edildiyinə görə E nömrəsi yoxdur.

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir