INS/Beynəlxalq Nömrələmə Sisteminin (International Numbering System) qısa adıdır. Avropa tərəfindən hazırlanan E kod sistemi, 1989-cu ildə Codex Alimentariusa təhvil verilərək bütün dünya üçün keçərli bir sistemə çevrilib. E siyahılarından ayrı olaraq Qida Kodeksi “Qatqı Maddələri Komitəsi”nin hazırladığı bir nömrələndirmə sistemidir. Beynəlxalq Nömrələndirmə Sistemi INS (International Numbering System) adı verilən bu siyahı E nömrələrindən daha geniş əhatəlidir və daha çox qatqı maddəsini ehtiva edir. Bir qida qatqı maddəsinin E və INS nömrələri eynidir (E 100 və INS 100 kimi). INS nömrəsiylə kodlanmış təxminən 450 qatqı maddəsi var.