Ölkələrə görə E maddələrin istifadəsi

E maddələrinin istifadəsi ölkələrin qanunlarına görə dəyişə bilir. Yəni bir ölkədə istifadəsi sərbəst olan bir qatqı maddəsi digər bir ölkədə qadağan edilmiş ola bilir. Məsələn, süni dadlandırıcı olan siklamatlar (E 952) ABŞ-da 1969-cu ildən etibarən istifadəsi qadağandır. Avropada isə müəyyən bəzi diet qidalarda istifadəsinə icazə var. Norveçdə 1978-ci ildən, İsveçrədə isə 1980-ci ildən etibarən sintetik boyaların qidalarda istifadəsi qadağan edilmişdir.

Qida qatqı maddələri istifadəsində ölkələrin iqlimləri də rol oynayır. Finlandiya kimi soyuq bir ölkədə qatqı maddəsiz istehsal olunan bir qida, İspaniya kimi isti bir ölkədə qısa müddətdə xarab olacağına və insan sağlamlığını təhlükəyə ata biləcəyinə görə qatqı maddəsi ehtiva edə bilər. Bundan başqa hər ölkənin ənənəvi olaraq istehsal etdikləri qidalarda da fərqli qatqı maddələri ola bilər. Məsələn Fransada qırmızı sucuq E 161g ilə rəngləndirilir, İspaniyada isə “Chorizo sucuğu” adı verilən bənzər məhsul E 120 rəng maddəsini ehtiva edir. Bu baxımdan qida qatqı maddələrinin istifadəsində texnoloji səbəblər hər ölkədə fərqli tətbiq edilə bilir.

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir