Halhazırda 8000-dən çox qida qatqı maddəsi var. Bunların hamısı kifayət qədər test edilməmişdir. Amerika Qida və Dərman Dairəsi (FDA) 2800-ə yaxın qatqı maddəsinin üzərində çalışaraq qidalarda istifadə edilməsinə təsdiq vermişdir. E nömrəsi olan qatqı maddələrinin sayı davamlı olaraq dəyişir. Ancaq bu gün bunların əhəmiyyətli bir hissəsinin texniki baxımdan daha uyğun alternativləri olduğu üçün istifadə edilmir. Bunlardan təxminən 350-si Avropa Birliyi ölkələrində istifadə edilir. Bir qida qatqı maddəsinin Avropa Birliyi ölkələrində istifadəsinə icazə verildisə, ona bir “E” nömrəsi verilir. E nömrəsi olan, bu səbəbdən istifadə edilməsinə icazə verilən bir qatqı maddəsinin zaman içərisində zərərli olduğu anlaşılarsa, o qatqı maddəsinin istifadəsi qadağan edilir. Bununla yanaşı E nömrəsi olmayan, yəni Avropa Birliyində istifadə edilməsinə hələ icazə verilməmiş olan bir qatqı maddəsi Avropa Birliyində istifadə edilmək üçün təsdiq alırsa, o qatqı maddəsinə bir E nömrəsi verilir. Bir maddənin “E” nömrəsinə sahib olması, bir digər ifadəylə Avropa Birliyində qeydiyyatda olması, onun 100% zərərsiz olduğu demək deyil. Bu gün etibarilə aparılan təcrübələr nəticəsində zərərsiz olduğu qənaətinə gəlindiyini göstərir.
Avropa Birliyində icazə verilən və E nömrəsi olan qida qatqı maddələrinin sayı 316-dır. Ancaq qidalarda istifadə edilən qatqı maddələrinin sayı dəyişə bilir. E nömrəsi olan və qida sənayesində istifadə edilən qatqı maddələrinin xaricində E nömrəsi olmayan amin turşuları, fermentlər, sumatra kitrəsi (alm. Gutta), kauçuk (alm. Kautschuk), kitrə (alm. Kolophonium), saqqız (alm. Mastix), polietilen (alm. Polyethylen), etillaktat (Ethyllactat), tropik kitrə (alm. Kopal), polietilenqlikol 6000 (alm. Polyethylenglycol 6000), aktiv kömür (alm. Aktivkohle), parafin yağı (alm. Paraffinöl) kimi qatqı maddələri də vardır. Avropa Birliyi xaricindəki ölkələrdə bu saydan daha az və ya daha çox qida qatqı maddəsi istifadə edilə bilər. Bundan başqa görülən yeni işlərlə insan sağlamlığına zərər olma riski ortaya çıxan qatqı maddələri siyahıdan çıxarılır, yeni tapılan qatqı maddələri də siyahıya əlavə edilir. Beləliklə qida qatqı maddələrinin sayı dəyişə bilir.