Nə üçün qidaya qatqı maddələri əlavə olunur

İnkişaf edən qida sənayesi və əhalinin artmasıyla birlikdə qidaları böyük həcmdə istehsal etmək və uzun müddət dayanıqlı qalmasını təmin etmək ehtiyacı, qida qatqı maddələrinin sayını da sürətlə artmasına səbəb olmuşdur. Bəslənmə vərdişlərinin dəyişməsi, ev xaricində çalışanların sayının gün keçdikcə artması və bununla yanaşı da qida hazırlama üçün az zaman qalması, istehlakçının qatqı maddələri ehtiva edən hazır qidalarla bəslənməsinə səbəb olmaqdadır. Qida qatqı maddələri sayəsində bir çox qidalar xarab olmadan uzun müddət saxlana bilir və növ-növ qidalar istehsal edilir. Məsələn sosiska, sucuq kimi ət məhsullarında istifadə edilən antimikrob qoruyucular sayəsində qida zəhərlənməsinə səbəb ola biləcək Clostridium botulinum bakteriyasının törəməsinin qarşısı alınır. Mayonezdəki yağ və suyun bir-birindən ayrılmaması, toz qidaların suyun içində homogen paylanması, içkilərin kalorisinin azaldılması kimi hər qidada fərqli səbəblərdən ötəri qatqı maddələrindən faydalanılır. Bundan başqa insanların həyat standartlarının yüksəlməsi, istehlakçı zövqlərinin dəyişməsi, yeni istehsal texnikalarının inkişafı və mövsümlük qidaların ilin hər dövründə istehlak edilmə istəyinin artması qidalarda qatqı maddələrinin istifadəsinı də artırmışdır.

AB, qatqı maddələrini rəngləndirici, dadlandırıcı, köpürdücü, bərkidici, qatılaşdırıcı, durulaşdırıcı, tənzimləyici, aromat artırıcı, qoruyucu, həcmverici, parladıcı, nəm saxlayıcı, gelləşdirici, yaprıxmaya qarşı, turşuluq tənzimləyici, köpüklənməyə qarşı, xarlanmağa qarşı, ferment, turşu, antioksidləşdirici, emulqator, duz, modifikasiya olunmuş nişasta və s. kimi sıralayır.

Qidalara qatqı əlavə etmə mövzusunda yuxarıdakı kimi nisbilik “məsum” məqsədlər elan edilsə də (insan sağlamlığını qorumaq, qidanın qida dəyərini qorumaq və artırmaq, qidanın dayanıqlılığını artırmaq və rəf ömürünü uzatmaq, qidanın ləzzətini və rəngini cazibədar hala gətirmək və qorumaq, qidada xəstəlik əmələ gətirici mikroorqanizmlərin inkişafını və qidaların xarab olmalarının, qidada ləzzət itkinlərinin qarşısını almaq, qidanın emalı əsnasındakı texnoloji problemləri aradan qaldırmaq, qida müxtəlifliyini, qidalarda keyfiyyət standartlarını təmin etmək) əsl məqsəd belə açıqlana bilər:

İstehsalçıların məhsullarını daha sürətli, daha asan, daha səmərəli istehsal etmələrini, məhsulların rəfdə daha uzun müddət xarab olmadan qalmasını təmin etmək;

Məhsulu həcmli göstərmək, asan hazırlanan etmək, səmərəliləşdirmək;

Qidanı sənaye əmtəəsinə çevirmək və daşımağı asanlaşdırmaq;

Yerli dadları yox edərək, dünyanın hər bölgəsində eyni ləzzəti təqdim etmə arzusu;

Bütün insanları bir növ qidalanma, gizli aclıq yaşatma, asılılıq yaratmaq, firmaya və markaya xüsusi ləzzət vermə, məhsulları sirli etmək ehtirası;

Bəşəriyyəti sonsuzlaşdırmaq.

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir