“Codex Alimentarius”un “təhlükəsiz” olaraq etiketlədiyi bir çox qatqı maddəsi, sağlamlığa mənfi təsir etdiyi üçün çox ölkədə qadağan edilmişdir. Bunun səbəb olduğu narahatlıq və təzyiq nəticəsində, ADI dəyərlərini endirir və ya “təhlükəsiz” etiketini qaldırmaq məcburiyyətində qalır.
Növbəti səhifələrdə görəcəksiniz ki, bir kimyəvi maddə həm yanacaq olaraq, həm bomba istehsalında, həm əkinçilikdə gübrə olaraq, həm də qatqı maddəsi olaraq istifadə edilir. Məsələn “toluene” yəni qaz yağından, “trinitron toluen (TNT)” əldə edilir. Bu maddə eyni adı daşıyan partlayıcının da ana maddəsini meydana gətirir. Ondan da sakarin (E954) adlı dadlandırıcı, benzoy turşusu (E210) və natrium benzoat (E211) əldə edildiyi görülür. Toluen eyni zamanda, Beta-tsiklodekstrin (E459) artımında da rol alır. Bir qaz yağı, yəni neft, ad və şəkil dəyişdirmiş bir formada həm enerji, həm bomba, həm dadlandırıcı, həm gübrə, həm də turşu olaraq qarşımıza çıxır. Sonra da “təhlükəsiz” bir qida olaraq satışa çıxır.
Neft və kömürdən, yəni polietilen və linyit kömüründən əldə edilən parafın və vazelin (E905) bəzən qida, bəzən krem, bəzən dərman, bəzən də qoruyucu maddə olaraq qarşımıza çıxır.