Bu gün hər hansı bir qatqı maddəsi, körpə məhsullarından başlayaraq hər yaş qrupundakı insan üçün hazırlanan məhsullara əlavə olunur. “Codex Alimentarius”un yayınladığı ADI dəyərləri, heyvanlar üzərində aparılan sınaqların nəticələrinə görə müəyyən olunur. Heyvanların inkişafı və yaş qrupları ilə insanların inkişaf və yaş qrupları eynidirmi? Hər qatqı, hər yaş qrupu tərəfindən istehlak edilən məhsullara əlavə oluna bilərmi? Bütün bu suallar üçün sənayeçi və akademiklərin verəcək cavabları mütləq vardır, amma əsl problem bu cavabların ciddiliyi və səmimiyyətidir. Digər bir problem da bu cavabların qaynağının çox vaxt “Codex Alimentarius” olmasıdır.