Heyvanlar üzərində aparılan təcrübələr kifayətdir?

Edilən testlərin demək olar ki, hamısı laboratoriya heyvanlarıyla məhduddur. Bu heyvanların fizioloji qurluşunun da insana bənzədiyi ifadə edilir. Halbuki insan, yer üzündəki ən böyük və bir o qədər də mürəkkəb varlıqdır. İnsana aid məlum olan fikirlər, ya heyvanlara aid nəticələr, ya da insanla əlaqədar məhdud sayda müşahidədən ibarətdir. Bu səbəbdən qatqı maddələri haqqında “yan təsiri yoxdur” kimi ifadələr, çox vaxt ciddilikdən uzaq, tamamilə cəmiyyətləri aldatmağa yönəlmişdir.

Digər tərəfdən bu testlərin etibarlılığı, testləri edənlərin gizli və ya aşkar məqsədlərinə, bu işləri maliyyələşdirən gücün məqsədinə bağlı olaraq dəyişə bilir. Yaxşı niyyətlə edilsə belə, Asiyalı insanlarda ortaya çıxan nəticələr, Afrika­lı və ya Avropalılar arasındakı nəticələr fərqlilik ortaya çıxara bilər. Çünki cəmiyyətlərin genetik mirasları, ekoloji faktorlar, qidalanma forması, iqlim şərtləri, yaş, keçirilmiş və ya davam edən xəstəliklər, nəticələrə ciddi şəkildə təsir edə bilir. Hətta nəticələr ailə üzvlərində fərqli ola bilir. Bu səbəbdən qatqı maddələri haqqında yazılan və ya iddia edilən “zərərsizlik”, tamamilə “ticari” məqsəd daşıyır. Ticarətdən başqa, bəşəriyyət üzərindəki hiyləgər planların da bir parçasıdır.

Tətbiqlərdə “ADI” olaraq qısaldılan gündəlik istehlak dozasının “istehlakçıda risk meydana gətirməyəcək”, yəni “bu kimyəvi maddəyə ömür boyu müəyyən olunan dozada məruz qalınarsa, qəti olaraq zərər verməz” kimi göstərilir ki, bu izah əsla qəbul edilə bilməz.

Bir maddənin tək halda müəyyən olunan dozalarda problem yaratmadığını nəzərdə tutsaq da, digər kimyəvilər və ya normal qidalarla reaksiyaya girdikdə nələr baş verəcəyini, bundan başqa orqanizmdə olan maddələrlə qarışdıqda səbəb olacağı təhlükəni öncədən bilmək asan deyil. Bütün bunlara mane olmağa dövlətin gücünün tək başına çatmadığını düşünsək də, dövlət ya da siyasi iradə üç şeyi etməyə hər zaman qadirdir.

Birincisi etiketlərin tam və əskiksiz yazılması,

İkincisi bu cür qatqı maddələrini müdafiə etmək və qorunmaqdan imtina edərək risklərinin (siqaretdə olduğu üzrə) məhsullar üzərində qeyd edilməsi və ya cəmiyyətə aid saytlarda bildirilməsi.

Üçüncüsü isə qatqısız gerçək qidaların istehsalına dəstək olunmasıdır.

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir