Marketlərdə hər hansı məhsula diqqət yetirsəniz ciddi bir problemlə qarşılaşarsınız. Üzərində “kənddən gələn ləzzət” yazan, ancaq adı tanınmayan bir markanın məhsul etiketinin içindəkilər qisimində: “Şəkər, çiyələk, qlükoza, pektin (E440), sitrik turşusu (E330), qoruyucu maddə və boya istifadə edilmişdir” yazarkən, istifadə edilən qoruyucu və rəngləndiricinin nə olduğu isə yazılmayıb. Başqa məşhur bir istehsalçının yenə məhsul etiketində isə fərqli bir qəribəlik gözə dəyir. Etiketin azərbaycanca hissəsinə “ərik, qlükoza siropu, qatılaşdırıcı, turşuluq tənzimləyicisi, qoruyucu, dadlandırıcı” yazmaqla kifayətlənən firma eyni məhsulun ingilis dilində olan hissəsinə isə “Apricot, Glucose syrup, Acidity regulator (E330), Thickening Agent (E440), Antimikrobial Agent (E202), Sweetener Aspartam (E951), Aspartam (E952), Sunett (E950), Saxarin (E954)” yazıb.
Bazarda satılan sadə bir keksin etiketində məhsulun bunlardan hazırlandığını yazır: “Biskvitlik un, pudra şəkəri, yumurta, duz, hidrogenləşdirilmiş bitki mənşəli yağ, su, qlükoza siropu, invert şəkər siropu (E103), qliserol (E422), ammonium karbonatlar (E503), natrium bikarbonat (E500), təbii ilə eyni vanillin aroması, kalium sorbat (E202), sitrik turşusu (E330).”
Bir kiçik şokoladın tərkibi isə belədir: “Şəkər, qlükoza siropu (NBŞ), süd tozu, bitki mənşəli yağ (palma), albumin, invert şəkər (E1103), kakao tozu, duz, südlü şokolad, kakao yağı, kakao kütləsi, mineralsızlaşdırılmış pendiraltı suyu tozu, soya lesitini (E322), etil vanilin, kakao quru maddəsi”. Firma heç bir məhsula E kodunu yazmağı lazım bilməyib (E kodlarını biz əlavə etdik).
Türkiyəyə gedənlərin hədiyyə olaraq aldıqları “Mevlana Şəkəri” adıyla məşhur “Mövlana Şəkəri”nin etiketinə baxdığımızda çaşırıq: “Rəfinə edilmiş ağ şəkər, qlükoza (NBŞ), sitrik turşusu (E330), natrium-L askorbat (E301), tartrazin (E102), növünə görə E102 ilə E133 aralığındakı rəngləndiricilər, pençevre 4RE124, Sunset Yellow (Günbatımı Sarısı FCF) (E110), (Növünə görə təbii ilə eyni limon, banan, vişnə, gül çiyələk, alma, darçın, qərənfil, ərik, portağal, berqamot, Hindistan cevizi və vanil aromalı).” Fars mənşəli bu məhsulun tərkibinə baxın, tamamilə müəmmalıdır.
Ən maraqlı nümunələrdən bir başqası da, İsparta Gülbirlik tərəfindən istehsal olunan loxumların tərkibidir. Məhsulun etiketində tərkibi belə sıralanır: “Şəkər, su, qarğıdalı nişastası, sitrik turşusu (E330), ponso 4R (E124), təbii ilə eyni gül aromalı.” Qabında “güldən gələn ləzzət” yazan və gül diyarı olaraq tanınmış İspartada, üstəlik “Gülbirlik” adlı kooperativ tərəfindən hazırlanan məhsulda çox təəssüf ki, gül və ya gülə dair heç bir şey yoxdur. Hətta, məhsulda süni, sintetik gül iyi və rəngləndirici istifadə edilib. Kodu yazılmadığı üçün aromanın hansı qatqı maddəsi olduğu və mənşəyi də bilinmir. Bir başqa dəhşətli nöqtə isə, gül rəngi verməsi üçün istifadə edilən E124-dür ki, bu maddə EFSA-ya görə qadağan olunmuş bir maddədir və ABŞ-da istifadəsi qadağandır. FSA-nın isə bütün dünyada qadağan edilməsini təklif etdiyi bu maddə, gül diyarından yerli bir dad zənn edərək aldığınız rəngləndirilmiş qlükoza olan yerli bir məhsulda qarşımıza çıxır.
Türkiyədə “dondurma” dedikdə, bu ölkədə ilk ağla gələn şəhər Maraşdır. Maraşdan çıxıb ölkəyə yayılan markalardan biri olan Madonun “sadə dondurma” yazan məhsulunun etiketində bunlar yazılır: “Süd, şəkər, qlükoza, süd kremi, səhləb, qatılaşdırıcı (natrium alginat (E401), karagenan (E407), keçibuynuzu gamı (E410), quargam (E412), natrium karboksi metil sellüloz (E469), Emulqator: Yağ turşularınin mono və di-qliseridləri (E471).” Firma məhsulun üzərinə belə bir kimyəvi qarışıq olduğuna baxmayaraq “gerçək ləzzət” yazıb. Əlbəttə ki, qanunlar icazə verdiyinə görə istehsalçı maraqlarına uyğun hər şeyi istədiyi kimi çıxarır və yazır. Hüquqi baxımdan bunları edən bütün markalar haqlıdır. Dünya tərəfindən məşhur bir içki istehsalçısının “Ramazan Şərbəti” adıyla bazara çıxardığı məhsulun qabında yazılanlara nəzər salaq: “Su, şəkər (sakaroza/qlükoza siropu), vişnə və qırmızı üzüm suyu konsentrantları, turşuluğu tənzimləyən (sitrik turşusu E330), aromalar (ərik, zəncəfil, qərənfil, əncir).” Firmanın, 2011-ci il Ramazan ayındakı satışlarını əvvəlki ilə nisbətən 4 dəfə artırdığı açıqlamasından anlayırıq ki, bir az bal və ya bəhməzi su ilə qarışdırıb soyutduqdan sonra ikram edə bilməyən müasir insanımız, bu məhsulu sanki göydən düşmüş kimi satın alır. Etiketdə qeyd edilən meyvə sularının hansı miqdarda olduğu göstərilməyən, həm mübahisəli, həm də geni dəyişdirilmiş qarğıdalıdan əldə edilmiş olması ABŞ-ın (qlükoza siropu) şərbətin bu cür marağa səbəb olması, necə bir mətbəxə sahib olduğumuzun göstəricisidir. Nazirlik rəsmi cavabında belə bir məhsula icazə vermədiyini açıqlasa da, icazə vermədiyi məhsul haqqında heç bir tədbir də görmür.
Hər gün satın aldığınız bir keksin etiketində yazılan tərkiblə, evdə hazırlanan bir keksə əlavə olunanlar arasındakı fərqi gördükdə heç bir sözə ehtiyac qalmır. (Məqsədimiz burada qeyd edilən markaları pisləmək deyil, gerçək nümunələr göstərməkdir. Bu onları tənqid etdiyimiz digər markaları isə təmizə çıxardığımızı göstərmir. Digər markaları diqqətlə incələndikdə də, daha çox tənqid olunacaq nöqtələr çıxa bilər.)
Əvvəla, bu app üçün təşəkkür edirəm.
Mən 8 aylıq körpəsi olan bir anayam. 6 aydan etibarən əlavə qidaya başlamışıq. Meyvəli yoqurtunu, peçenyesini, sıyıqlarını, hər birini özüm hazırlayıram. Şəkərsiz, qatqısız… Amma təzyiqlərə də məruz qalıram. “Körpəyə “Cicibebe”, hazır yoqurtlar ver, şəkər ver, nə qədər qoruya biləcəksən ki” və s. Hətta bunları alıb gətirmək üçün çalışırlar, mən “yox” deyirəm. Bu çox çətindir. Çünki insanların çoxu hələ də bu zərərləri anlamır. “Mən yedirmişəm, nə olub ki?” deyirlər. 10, 20,40 yaşında nəsə olmayacağını, olan şeyin bünövrəsinin körpə yaşda yedirdiyin qatqı maddələrindən olmadığını haradan bilirsən? Elə bir yaşa gələcək ki, istər-istəməz dadına baxacaq. Sən çalış, qatqı maddələri ilə gec tanış olsun. Heç olmasa, ağzı o dadlara öyrəşməmiş olsun.