Qatqı maddələrinin qaynaqları

Qida qatqı maddələri sağlamlığa təsirləri ilə yanaşı, əldə edildikləri qaynaqlar baxımından da olduqca maraq cəlb edir. Qatqı maddələri bitki mənşəli və ya heyvan mənşəli ola bildiyi kimi, sintetik olaraq laboratoriya mühitində də hazırlana bilir. İnsanların inancları və fərdi seçimləri ilə əlaqədar qatqı maddələrinin qaynaqları önəmlidir. Bəzi dinlərdə bəzi yeyəcəklər və içkilər qadağan edilmişdir. Qadağan olunan yeyəcəklərdən əldə edilən bəzı qatqı maddələri də bu dinin mənsubları tərəfindən istehlak edilmir. Örnək olaraq müsəlmanlar və yəhudilər donuz əti yemirlər. Donuzdan əldə edilən qatqılara da həssaslıqla yanaşırlar. Dini inancla yanaşı fərdi qidalanma seçimi də qatqı maddələrini önəmli edir. Vegeterianlar (heyvan əti yeməyənlər) ilə veqanlar və ya bir digər deyişlə qatı vegeterianlar(heyvan əti yanında süd və yumurta kimi heyvan mənşəli məhsulları da yeməyənlər) qatqı maddələrinə əhəmiyyət verirlər. Bu qrupdakı insanlar heyvan mənşəli qatqıları ehtiva edən qidalardan uzaq dururlar.

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir