Qida qatqı maddələri lazımlıdır?

Bədənimizin təməl qida əlavələrinə ehtiyacı vardır. Bunlar ümumi olaraq vitaminlər, minerallar, karbonhidratlar, zülallar və yağlar olaraq təsnif edilə bilər. Nümunə vermək lazım olsa, vitaminlər üçün C və B vitaminləri, minerallar üçün dəmir və sink, karbonhidratlar üçün nişasta və şəkər, zülallar üçün ət və paxlalılar kimi zülaldan zəngin qidalar, yağlar üçün isə iç yağı və zeytunyağı verilə bilər. Zülal, yağ və karbonhidratların müəyyən nisbətdə bir-birlərinə çevrilmələri mümkün olur. Ancaq zülalları meydana gətirən bəzi amin turşuları ilə yağları meydana gətirən bəzi yağ turşularının bədənimizdə sintezi mümkün olmadığından, vitamin və minerallarda olduğu kimi mütləq kənardan qidalarla qəbul edilməsi lazımdır. Kifayət qədər qəbul edilmədikdə əskiklik səviyyələrinə bağlı olaraq bəzi xəstəliklər ortaya çıxmaqdadır.

“Qida qatqı maddələrini, qidalarla mütləq qəbul etmək məcburiyyətində olduğumuz qida elementlərinin harasındadır?” sualına veriləcək cavab; “Heç bir yerində” olacaq. Çünki qida qatqı maddələri qida maddəsi deyil. Yəni bəsləyici dəyərləri yoxdur. Bu səbəbdən qidalanmamız üçün qatqı maddələrinə ehtiyacımız yoxdur.

Burada bəzi istisnaları da bildirməkdə fayda vardır. Yağlardan əldə edilən bir monoqliserid əlbəttə yağlar kimi enerji verir. Ancaq heç bir qidaya “enerji versin” deyə monoqliserid əlavə olunmaz, emulqator xüsusiyyətinə görə əlavə olunur. Enerji versin istəyirsinizsə, kimyəvi işləmlər nəticəsində əldə edilən monoqliserid yerinə yağın özünü istehlak edərsiniz. Bir qidaya antioksidləşdirici xüsusiyyətinə görə C və ya E vitamini əlavə olundusa, burada məqsəd məhsulun vitamin dəyərini artırmaq deyil. Vitamin əskikliyiniz varsa, vitamin həbi qəbul edərək müalicə olmalısınız. Ancaq bir bölgədə bəzi vitaminlərin çatışmazlığı varsa, vitamin dəstəyi üçün bəzi vitaminlər məhsullara qatıla bilər. Qidaların istehsalı müddətində bəzi vitaminlər azalır. Azalan vitamin miqdarını yerinə qoymaq üçün də vitaminlər əlavə olunmaqdadır. Qidaları təbii halıyla istehlak edəcək olsaq bu vitamin azalması da özbaşına ortadan qalxacaq.

Halhazırda dünya əhalisinin əksəriyyəti şəhərlərdə yaşayır. Şəhərdə yaşayanların öz yeməklərini özləri hazırlama imkanları yoxdur. Bununla yanaşı bir çox insan sürətli həyatın gərəyi olaraq hazır qidaları çox istehlak etmək məcburiyyətində qalır. Günümüzün həyat tərzi səbəbiylə hazır qida istehlakı az qala qaçınılmaz hala gəlmişdir. Qida qatqı maddələri istifadə edilmədən hazırlanan qidaların xarab olması qatqı maddəsi ehtiva edənlərə görə daha sürətli olur. Rəf ömürü azaldığı üçün xərc yüksəlir. Marketlərdə satışa çıxarılan məhsulların rəf ömürünü uzatmaq və digər markalarla rəqabət etmək kimi amillər ticari baxımdan qatqı maddələrini istifadə etməyi zəruri hala gətirir.

Qida qatqı maddələri istifadə edilmədən hazırlanan bir çörək daha asan kiflənir. Bu səbəbdən təzə istehlak edilmək məcburiyyətində qalınır. Duz, qatqı maddəsi ehtiva etməzsə asanca yaprıxır. Qatqı maddəsi istifadə edilmədən hazırlanan bir dondurma asan şəkildə buz kristallarına çevrilə bilir.

Əslində fərqində olmadan bir çox qatqı maddəsini mətbəxlərimizdə istifadə edirik. Çox istifadə etdiyimiz duz, ədviyyatlar, soda və sirkə bir növ qatqı maddəsidir.

Nəticə olaraq deyə bilərik ki, qida qatqı maddələrini istifadə etmək qida ehtiyaclarımızı qarşılamaq baxımından lazım olmamaqla yanaşı, müasir dövrün həyat tərzi bu maddələri istifadə etməni qaçınılmaz hala gətirir. Qida qatqı maddələri istifadə edilmədən istehsal edilən hazır qidaların sayı olduqca azdır. Ancaq istehlakçıların qatqı maddəsi ehtiva etməyən və ya daha az qatqı maddəsi ehtiva edən məhsulları seçməsi, zaman içərisində istehsalçıları qatqı maddələrini daha az istifadə etməyə təşviq etməkdədir.

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir