Qida qatqı maddəsi istifadə etmədən istehsal mümkündür?

Xüsusilə son illərdə istehlakçıların qida dəyəri yüksək, təbii qidalara olan tələblərinin artması səbəbiylə qida elmi və texnologiyası sahəsində süni qatqı maddələrini ən az ehtiva edəcək və ya qatqı maddəsiz istehsal üzərinə araşdırmalar aparılır. Qida qatqı maddələri istifadə etmədən istehsal etmək əlbəttə mümkündür. Lakin bu yeni istehsal texnikaları, keyfiyyətli xammaddə istifadə etmək və araşdırma-inkişaf etdirmədə (AR-GE) görülən işlərlə reallaşa bilər. İndiki dövrdə çox istehlak edilən kolalı içkilər, əritmə pendir, sosiska kimi bir çox qidanın qatqı maddələri istifadə edilmədən istehsal edilməsinə imkan yoxdur.

Xüsusilə son illərdə qabların üzərində “qatqı maddəsi ehtiva etmir”, “qoruyucu maddə ehtiva etmir” və “rəng və dadlandırıcılar yoxdur” kimi ifadələr yazılan qidalar market rəflərində görülməkdədir. Bu şəkildə istehsala “Clean Labelling” adı verilir. “Clean Labelling”in bu an üçün qanuni olaraq bir tərifi yoxdur. Praktikada isə qida qatqı maddəsi istifadə edilmədən istehsal edilən qidalar üçün adlandırılır. Qatqı maddəsi istifadə edilməyən qidalar ən çox Avstraliya, İngiltərə, Kanada, ABŞ və Almaniyada satılmaqdadır.

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir