Qida qatqı maddələrinin yeməklərdə istifadə olunması insalıq tarixi qədər qədimdir. Qida elminin və texnologiyanın olmadığı dövrlərdə də qidaların dad-qoxu və görünüşlərini cəzbedici etmək və uzun müddət saxlamaq üçün qatqı maddələrindən faydalanılmışdır. Duz, odun tütsüsü və ədviyyatlar insanın istifadə etdiyi ilk təbii qatqı maddələridir. Günümüzdən 3000 il öncəki insanlar ətləri duzlayaraq xarab olmalarının qarşısını almış və dayanıqlılığını artırmışdır. Tarixi qaynaqlarda Orta Asiyada yaşayan Türklərin qışa hazırlıq olaraq müxtəlif şəkildə duzlanılmış, qurudulmuş və tüstülənmiş ət məhsulları hazırladıqları bildirilir. Günümüzdəki texniki sistemlərin olmadığı zamanlarda duz və ədviyyat istifadə edilirək ət, balıq, tərəvəz və kərə yağı kimi qidalar müəyyən bir müddət xarab olmadan mühafizə edilmişdir. Qidalarda qoruyucu olaraq istifadə edilən duz, sirkə və tüstü eyni zamanda ləzzəti artırmışdır.
İnsanlar yemək və içkiləri, bitkiləri və ya həşəratları əzərək əldə etdikləri təbii boyalarla rəngləndirmişlərdir. Kurkuma, çüyüt otu, zəfəran, gəndalaş ağacının çiçəyi, çuğundur kökü və məxmər çiçəyi kimi bitkilər qida boyası olaraq istifadə edilmişdir. Tarixi inkişaf araşdırıldıqda qida boyaları təxminən 3500 il öncə Misirlilər tərəfindən rəngləndirici məqsədilə istifadə edilmişlər. “Khand” adı verilən boyanmış şəkər, Hindistandan Avropaya qayıtdıqda Böyük Iskəndərə hədiyyə edilmişdir. Günümüzdəki qədər müxtəlif hidrokolloidlərin olmadığı zamanlarda ərəb kitrəsi ilə qidaların qatılığı artırılmışdır.
19-cu əsrə gəldikdə isə əhalinin sayının artması və artan istehlakla birlikdə yeni qidalar ortaya çıxmış, bununla yanaşı da qida qatqı maddələrinin istifadəsi sürətlə yayılmışdır. Günümüzdəki bir çox qida qatqı maddəsi inkişaf edən texnologiya ilə birlikdə 19-cu əsrin əvvəllərində mövcud olmuşdur. Qatqı maddələrinin ticarət məqsədilə istifadəsinə dair ilk qeyd 1800-cü illərdə kalsium fosfatlarla olmuşdur. Wilhelm Haarman isə 1874-cü ildə “vanillin”i kəşf etmişdir. 1956-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı 40 ölkəni əhatə edən, 50 təbii və 114 süni rəng maddəsini əhatə edən siyahını yayınlayaraq qidalarda istifadəsina icazə vermişdir.