Bir ildə nə qədər qida qatqı maddəsi istehlak edirik

Halhazırda qida qatqı maddələrinin istifadəsi o qədər yayılıb ki, qatqısız məhsul tapmaq az qala qeyri-mümkündür. Kənddə yaşayan, qatığını, pendirini, çörəyini, cemini, turşusunu özü hazırlayan və təbii məhsullarla bəslənən bir adam təbii ki qida qatqı maddələrini az istehlak etməkdədir.

Aparılan araşdırmalarda gündəlik bəslənmənin 75%-ni emala məruz qalmış və hazır qidalarla təmin edən bir adamın gündə 10-20 qram və ildə də ortalama 5-6 kiloqram qida qatqı maddəsi istehlak etdiyi hesablanmışdır.

İstehsalçılar normativlərə uyğun olaraq istehsal edir və qatqı maddələrinin icazə verilən həddlər çərçivəsində istifadə edilməsində bir məhdudiyyət yoxdur. İstehsalçılar üçün ümumi mənada mənfəət ön plandadır. Buna görə; “Məhsullar necə daha uzun ömürlü, necə daha ləzzətli, necə daha cazibəli və eyni zamanda necə daha sərfəli olar?” deyə düşünülür. “Necə daha az qatqı maddəsi istifadə edə bilərik, qatqı maddəsi olmadan necə istehsal edə bilərik?” şəklində bir narahatlıq yoxdur. Çünki istehlakçılardan bu istiqamətdə bir tələb yoxdur. Bunun nəticəsində hazır məhsul istehsalındakı artımla birlikdə qatqı maddələrinin istehlakında da böyük bir artım mövcuddur.

Bəs, bir ildə nə qədər qatqı maddəsi istehlak edirik? Müasir həyat bizlərin bəslənmə tərzini də təsir etdi. Artıq hər gün bir az daha çox hazır qida və fast food istehlak edirik. Yəni daha çox qərb tərzi bəslənməyə başladıq.

ABŞ və AB kimi qərb tərzi bəslənmənin geniş yayıldığı ölkələrdə qatqı maddələri ilə zəngin qidalarla bəslənmə olduqca çoxdur. Qərb tərzi bəslənən bir adam ildə təxminən 70 kq qatqı maddəsi istehlak etməkdədir.Yəni yediyi qidalarda təxminən 70 kq qatqı maddəsi vardır. Bu miqdar demək olar orta çəkili bir insanın öz çəkisinə bərabərdir.

Ölkəmizdə də bəslənmə vərdişləri gün keçdikcə qərb tərzinə bənzəməkdədir. Bu səbəbdən qatqı maddələrini az istehlak etmək üçün heç bir səy göstərmirsinizsə, siz də təxminən bu miqdarlarda qatqı maddəsi istehlak edirsiniz deməkdir. Öz ağırlığınız qədər qatqı maddəsi olduqca yüksək bir miqdardır və bədənimizin qida olaraq bunlara ehtiyacı yoxdur. Buna görə ehtiyacımızın olmadığı, zərərləri barədə çox danışılan qatqı maddələrini tanımalı və bu miqdarı azaltmaq üçün bir strategiya inkişaf etdirməlisiniz.

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir