Halhazırda qidalara qatıla biləcək 8000-in üzərində qatqı maddəsi vardır. Hələ hamısının zərərli olub olmadığı test edilməmişdir. Test edilənlərdən zərərli olduğu müəyyən olunanların istifadə edilməsinə icazə verilməzkən, zərərsiz olduğu qənaətinə gələnlərin qidalara qatılmasına icazə verilmişdir. Bir qida qatqı maddəsinin qidalara qatılmasına icazə verilmədən öncə, bəzi təşkilatlar və müstəqil araşdırmaçılar tərəfindən qatqı maddəsi ilə əlaqədar ciddi araşdırmalar aparılır. Aidiyyatı təşkilatlar araşdırma nəticələrini qiymətləndirərək hansılarının zərərsiz olub qidalara qatıla biləcəyini və qatıla biləcək miqdarlarını müəyyən edirlər.
Qida qatqı maddələrinin istifadə icazəsi uzun araşdırmalar nəticəsində reallaşsa da aparılan təcrübələr heyvanlar üzərində olduğuna görə, zaman içində insanlarda icazə verilən miqdarlar azaldılmaqda, hətta qatqı maddəsinin istifadəsi qadağan edilə bilməkdədir. Bundan başqa istifadəsi qadağan olan və üçüncü dünya ölkələrində nəzarət edilmədiyinə görə qidalara qanuni olmayan yoldan qatılan qatqı maddələri də vardır. Məsələn, Sudan qırmızı boyaları kimya sənayesində istifadə edilən və qidalara qatılması qadağan olan boyalardır. Lakin buna qarşı Asiya ölkələrindən idxal edilən məhsullarda, xüsusilə qırmızı bibər tozlarında və bunlardan edilən yeməklərdə Sudan qırmızısı tapılmışdır. Bir çox Asiya ölkəsində qidalarla əlaqədar qanunlar və nəzarətlər kafi olmadığına görə, bu tip hallarla qarşılaşa bilərik. Buna görə xüsusilə üçüncü dünya ölkələrinə edilən səyahətlərdə qabsız və açıq satılan qidalara diqqət yetirilməlidir.
Əslində istifadə edilməsinə icazə verilən qatqı maddələrinin hamısı Kodeksə uyğun olaraq qanuni limitlər içərisində istifadə edildiyi zaman hər hansı bir mənfi təsirinin olmadığı göstərilmiş olan qatqı maddələridir. Ancaq zərərsiz deyildiyi halda zərərli ola biləcəyi qənaətini meydana gətirən araşdırma nəticələri, araşdırma nəticələri arasındakı bəzi fərqliliklər, zərərsiz deyilən və istifadə edilməsinə icazə verilən qatqı maddələrinin bir müddət istifadə edildikdən sonra zərərli olduğunun aydın olub qadağan edilməsi kimi xüsuslar, bütün dünyada həssas istehlakçıları narahat edir. Bu istehlakçılar rəsmi təşkilatların etibarlı dediyi qatqı maddələrinə bir az tədbirli yaxınlaşıb aparılan araşdırmaları yaxından izləmişlər və səslərini eşitdirə bilmək üçün təşkilatlar təsis etmişlər. Bu vətəndaş cəmiyyəti təşkilatları xəbərdar edərək qatqı maddələriylə əlaqədar zaman-zaman rəsmi təşkilatları yönləndirməyə çalışırlar. Bu vətəndaş cəmiyyəti təşkilatlardan biri mərkəzi İngiltərədə olan “Hiperaktiv Uşaqları Dəstəkləmə Qrupu”dur (The Hyperactive Children’s Support Group, http://www.hacsg.org.uk). Bu qrupun işləri hiperaktivlik və bəslənmə üzərində sıxlaşmışdır. Bu tərkibdə qaçınılmasını təklif etdikləri qidaları və qatqı maddələrini yayınladıqları bir kitabça ilə valideynlərə çatdırmağa çalışırlar. Bir digər təşkilat isə ABŞ mərkəzli Birləşmiş Dövlətlər Feingold Dərnəyidir. (Feingold Association of the United States, http://www.feingold.org). Bu təşkilatın işləri də dəyişik xəstəliklər ilə yediyimiz qidalar xüsusilə bəzi qatqı maddələri arasındaki əlaqə üzərinə sıxlaşmışdır. Həssas bünyəlilər üçün xüsusi diet təklifi hazırlamışlar. Bir digər təşkilat isə, Cəmiyyət Faydası Üçün Elm Mərkəzidir (CSPI – Center for Science on the Public Interest, www.cspinet.org). Bu quruluşlar mövzuyla əlaqədar elmi işləri yığaraq oxucunun diqqətinə təqdim edirlər.
Bir təşkilatın “zərərsizdir” dediyi bir qatqı maddəsinə digəri “zərərlidir” deyə bilməkdədir. Məsələn ABŞ-da qidalara qatılmasına icazə verilən qatqı maddələrini müəyyən edən təşkilat FDA, Avropa Birliyində isə EFSA-dir. FDA siklamik turşu (E952) və amarantın (E123) qidalara qatılmasını qadağan edərkən, EFSA icazə verir. Nümunədə verildiyi kimi eyni qatqı maddəsiylə əlaqədar fərqli tətbiqlər həm ABŞ, Avstraliya və Yaponiya kimi ölkələr arasında, həm də daha az olaraq Avropa Birliyi üzvü ölkələr arasında ola bilməkdədir. Bu fərqliliyin səbəbi hər ölkənin qatqı maddələrinə icazə verən rəsmi təşkilatlarının qiymətləndirmə meyarlarındakı fərqliliklərdir. Bununla yanaşı öz ölkələrindəki insanların bəslənmə xüsusiyyətlərini də diqqətə alırlar.
Şüursuz qida qatqı maddələrinin istifadəsi ancaq istehsalçıların maarifləndirilməsi, mütəxəssis qida mühəndisləriylə çalışmaları və aidiyyatı qurumların qida istehsalçılarını nizamlı olaraq nəzarətləriylə qarşısı alına bilər. HACCP (Kritik Nəzarət Nöqtələrində Təhlükə Analizi) kimi qida təhlükəsizliyi sistemlərinin tətbiq olunması, qatqı maddələrindən gələ biləcək təhlükələrə mane olmaqda çox faydalıdır. Qidaların istehsaldan istehlaka qədər olan mərhələlərindəki nəzarətlərdən Qida Təhlükəsziliyi Agentliyi səlahiyyətlidir. Buna görə bu təşkilatlar qida istehsalçılarına nizamlı olaraq nəzarət edərək istehlakçının sağlam qidalarla bəslənməsini təmin etməlidir. İstehsalçı və istehlakçılar qatqı maddələri haqqında məlumatlandırılmalıdır.
Qidaların və qida qatqı maddələrinin zərərləri istifadə edildiyi dozala yaxından əlaqəlidir. Gündəlik olaraq istehlak etdiyimiz duz, şəkər, yağ kimi qidalar əgər çox alınsa, zərərli təsirləri təbii ki ortaya çıxacaq. Ümumi olaraq sağlam bir insan, ortalama olaraq gündə 3 qram duz istehlak etməlidir. Bu istehlak 30 qram olsa zərərlidir, 300 qram olsa öldürücüdür. Amma buradan “Duz istehlak etməyək, insan sağlamlığına zərərlidir” şəklində bir nəticə çıxarılmamalıdır. Qida qatqı maddələrinə də eyni dünyagörüşüylə yaxınlaşmalıyıq. İstifadə edilən bir çox qatqı maddəsinin dozaya bağlı olaraq zərərli təsirləri ortaya çıxa bilər. Lakin bu miqdarlar görülən bir çox çalışmalarla nəzarət edilir. Kimyəvi maddələrin zərərləri mövzusunda elmi işlərdən uzaq görüşlər cəmiyyətdəki insanları narahat edə bilir. Bu səbəbdən əgər bir zərərli vəziyyət varsa, bunun səbəbləri elmi qaynaqlarıyla və hansı vəziyyətdə, kimə zərərli olduğu açıqlanmalıdır.
İrəliləyən səhifələri oxuduğunuzda istifadə edilməsinə icazə verilən qatqı maddələrinin insanlarda bir çox xəstəlik və ya xəstəlik tapıntısını hərəkətə keçirə biləcəyini görəcəksiniz. Bu bölümü oxuduqdan sonra, qatqı maddələri üçün zərərsizdir deyilsə belə, əslində zərər verə biləcəkləri qənaəti sizdə də oyanacaq.