Xərçəng bəzi təsirlərlə dəyişməyə məruz qalmış hüceyrələrin, gərək yerli və gərək uzaq nöqtələrdə nəzarətsiz olaraq böyüyüb çoxalmalarının nəticəsində yaranan xəbis xəstəliklər qrupudur. Normalda hüceyrələr müəyyən bir nəzarət altında, ehtiyaca görə bölünərək çoxalırlar. Hüceyrələr bir tərəfdən çoxalarkən, digər tərəfdən proqramlı olaraq ölüb yox olurlar.
Hüceyrələrin çəyirdəklərindəki (nüvələrindəki) DNT üzərində genlər var. Genlər ana və ya atadan uşağa qara, ya da sarı saç və ya mavi göz kimi xüsusiyyətlərin, ya da talasemiya (Aralıq dənizi anemiyası) kimi xəstəliklərin keçməsinə səbəb olan genetik vahidləridir.
DNT üzərində xərçəngə səbəb olan genlər vardır. Normalda bu genlər baskılanmış haldadır, yəni ifadə edilməməkdədir. Buna görə bütün hüceyrələr əslində xərçəngə çevrilə biləcək bir potensiala malikdir, ancaq baskılandığı üçün xərçəngləşmirlər. Digər yandan, dəyişik səbəblərə bağlı olaraq DNT üzərindəki genlərdə mutasiya dediyimiz dəyişmələr olur və bu dəyişimələr xəstəliklərə səbəb olur. Yenə bu dəyişimələr nəticəsində normal genlər xərçəng genlərinə (onkogenlər) çevrilir və xərçəng meydana gələ bilir.