Xalq arasında sara olaraq bilinən epilepsiya, əsas əlaməti təkrarlanan və adətən provokasiya olunmayan (refleks epilepsiyalar istisna olmaqla) epilepsiya tutmaları (ET) olan, müəyyən sindromlar zamanı şəxsiyyətin dəyişilməsinin xüsusi tipi və psixi pozuntularla müşayiət edilən müxtəlif etiologiyalı, beyinlə əlaqədar bir xəstəlikdir. Xəstələrin təxminən yarısında müəyyən bir səbəb tapılmazkən, digər yarısında hamiləlikdə ola bilən beyin inkişafı problemləri, doğum əsnasındakı səbəblər, meningit, beyin infeksiyası, beyin şişləri, zəhərlənmələr, doğumla bağlı metabolizm pozuntuları, qanda turşuluğun artmasına səbəb olacaq hadisələr və ya ciddi baş yaralanmaları kimi səbəblər ürəkkeçməyə səbəb ola bilir. Bunun yanında istehlak edilən qidalarla əlaqəsinin olub olmadığı da araşdırılmışdır.
Londondakı Sick Children Xəstəxanasında aparılan bir araşdırmada epilepsiyalı uşaqlara alergiya əmələ gətirməyən diet verildiyi zaman şikayətlərində azalma olduğu görülmüşdür. Massachusetts Əczaçılıq Fakultəsində sıçanlar üzərində aparılan digər bir araşdırmada isə dadlandırıcı olaraq istifadə edilən aspartamın (E951) epilepsiyanı artırdığı müşahidə edilmişdir.
Bundan başqa Mak və iş yoldaşlarının epilepsiyalı xəstələr üzərində apardıqları araşdırmalarında ketogenik xüsusiyyətdə diet verilməsinin dərman müalicəsinə cavab verməyən epilepsiya azaltması baxımından yoxlamağa dəyər olduğu qeyd edilmişdir. Epilepsiya və aspartam əlaqəsinin dəyərləndirildiyi bir məcmuədə isə bəzi istisnalar bir kənara qoyularsa, aspartamın icazə verildiyi miqdarlarda istifadəsiylə epilepsiya xəstəliyini fəaliyyətə keçirən bir agent olmadığı nəticəsi əldə edilmişdir.Bir digər qatqı maddəsi olan və ləzzət artırıcı olaraq istifadə edilən monosodyum qlutamat (E621) ilə epilepsiya xəstəliyi arasındakı əlaqənin araşdırıldığı bir çalışmada, monosodyum qlutamatın sıçanların qarın boşluğuna verilməsiylə epilepsiya xəstəliyini fəaliyyətə keçirdiyi göstərilmişdir.Hər nə qədər qida qatqı maddələri ilə epilepsiya arasında bir əlaqənin varlığı təsbit edilməmiş olsa da, səbəbi ortaya qoyula bilməmiş epilepsiya xəstələri yuxarıda adı keçən qatqı maddələrini ehtiva edən qida istehlakı ilə epilepsiya arasında bir əlaqə olub olmadığını yoxlaya bilərlər.