Miqren

Miqren cəmiyyətdə olduqca çox yayılmış, insanların günlük işlərinə təsir edən bulantı, qusma, baş fırlanması kimi əlamətlərin olduğu, əksər vaxt zonqlayıcı və ümumiyyətlə tək tərəfli baş ağrısı tipidir. Səbəbi hələ tam olaraq ortaya qoyulmamışdır. Miqreni qidaların başlada bildiyi və ya artıra bildiyini bildirən çox sayıda araşdırma mövcuddur. Bunların bir qismində qatqılardan uzaq sadə qidalarla qidalanmağın miqrenli uşaqların əksəriyyətində baş ağrısını azaltdığı göstərilmişdir.

Bəzi qatqı maddələrinin miqrenə səbəb olduğu hadisələr bildirilmişdir. Üç miqrenli xəstənin dəyərləndirildiyi bir hadisənin təqdimatında aspartam ehtiva edən saqqız çiynəndiyində baş ağrısının başladığı, aspartam ehtiva etməyən saqqız çiynəndiyində isə baş ağrısının olmadığı müəyyən edilmiş və bu şəxslərə aspartam ehtiva edən qidalardan uzaq durmaları tövsiyə edilmişdir.  Uşaq və həddi buluğ miqrenində diet amilinin incələndiyi bir məcmuədə nitritlərin və aspartamın miqrenə səbəb ola biləcəyi bidirilmişdir. Sukralozun da miqreni başlatdığına dair hadisələr bildirilmişdir. Bununla yanaşı bu hadisələrin dəyərləndirildiyi bir məqalədə az sayıda hadisədən əldə edilən nəticələrin ümumiləşdilməyəcəyi bildirilmişdir.

Səbəbi tam olaraq bilinməyən miqren hər nə qədər doğrudan dietlə əlaqəli xəstəlik olmasa da, istehlak edilən qatqı maddələrinin qan yoluyla beyinə çatıb bəzi mənfi təsirlərə səbəb ola biləcəyi ehtimalı bilinməlidir. Sadəcə qatqı maddələriylə əlaqəli olaraq deyil, əsas anlamda hər hansı bir xəstəlik və ya narahatalıq halında, şəxslər bunun başlaması və seyri üzərində təsirli ola bilən ətraf mühitlə və şəxsi amillərlə tərif etməyə çalışırlar. Miqren və ya baş ağrısı olanların bu qatqı maddələrindən çəkinmələrini tövsiyə edirik. Əgər miqreniniz var və ataklar qatqı maddələri tərəfindən artırsa, bu cədvəl problem olan qatqı maddəsinin təsbit edilməsinə yardımçı olacaqdır.

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir