Qida qatqı maddələri və allergiya

Qida qatqı maddələrindən bəziləri həssas insanlarda allergiyalara və ya aşırı həssaslığa səbəb ola bilir. Aşağıda sıralanan qida qatqı maddələrinin allergiyaya səbəb olma riski 0,026% ilə 2 arasındadır. Qatqı maddələrinə qarşı ən çox azyaşlı uşaqlar reaksiya verir. Qida qatqı maddələrinə qarşı həssas olan insanlar bunları ehtiva edən qidaları istehlak edərkən diqqət etməlidirlər. Son illərdə görülən işlər ışığında aşağıdakı qida qatqı maddələrinin allergiyaya, pseudo allergiyaya və ya dözülməz reaksiyalara səbəb ola biləcəyi bildirilməkdədir:

Kurkumin (E100), tartrazin (E102), kunolin sarısı (E104), orange yellows (E110), karmin (E120), azorubin (E122), amarant (E123), koşineal qırmızı A (E124), eritrosin (E127), red 2G (E128), alura qırmızısı (E129), patent blue (E131), indiqotin (E132), brillant black (E151), brown HT (E155), annato (E160b), litolrubin BK (E180), sorbin turşusu və sorbatlar (E200- 203), benzoy turşusu və benzoatlar (E210-213), p- hidroksibenzoatlar (E 214-219), kükürd dioksid və sulfitlər (E220, 224, 226-228), qallatlar (E310-312), BHA (E320), BHT (E321), sitrik turşusu və sitratlar (E 330-333), ammonium sitrat (E380), karragenan (E407), eucheuma algi (E 407a), keçibuynuzu çəyirdəyi kitrəsi (E410), quar kitrəsi (E412), traqakant kitrəsi (E 413), qummiarabik kitrəsi (E414), karaya kitrəsi (E416), qlutamat (E620-625), lizosim (E1105), trietilsitrat (E1505), benzil spirti (E1519) (119, 129, 171, 207, 227, 295, 398).

Qatqı maddələrindən E127, E338-341, E343, E450-452, E951 isə orqanizmdə bunları parçalayacaq ferment yoxdursa, istənməyən reaksiyalar baş verə bilər. Bu qatqı maddələrinin orqanizmdə həzm edilib edilmədiyi həkimlər tərəfindən ediləcək testlərlə qısa zamanda müəyyən edilə bilər.

Sadəcə qida qatqı maddələri deyil, qidaların özü də allergiyaya səbəb ola bilər. Qida allergiyası qidalara qarşı göstərilən fərdi reaksiyalardır. Qida qaynaqlı bu allergiyaların fərdi olmalarının səbəbi cəmiyyətdə çox az sayda insanda görülmərinə görədir.

Allergiyaya səbəb ola bilmə riski olan qida maddələri bunlardır:

Qlüten ehtiva edən taxıllar (buğda, çovdar, yulaf, arpa) və bunlardan hazırlanan məhsullar (çölyak xəstələri)

Yumurta və yumurta məhsulları

Qabıqlı dəniz heyvanları və bunların məhsulları

Balıq və balıq məhsulları

Yer fıstığı və yer fıstığı məhsulları

Süd və süd məhsulları (laktoz intolerans və süd proteini allergiyası)

Soya paxlası və soya paxlası məhsulları

Qoz, fındıq, badam kimi sərt qabıqlı qidalar və bunlardan hazırlanan qida məhsulları,

Kərəviz

Kətan toxumu

Küncüd

Kiloqramında 10 mq-dan çox kükürd dioksid (SO2) olan qidalar

İstehsal olunan bir qida maddəsində yuxarıdakı kimi allergiyaya səbəb olan qidalardan biri və ya bir neçəsi varsa, içindəkilər siyahısında yazılmalıdır. Məsələn qidaya qatılan soya lesitini və ya yumurta kimi qatqılar içindəkilər siyahısından oxunaraq bilinə bilər. Bəzən də məhsulun içində qatqı maddəsi olaraq deyil də, istehsal mərhələsində bir bulaşma oldusa, o zaman məhsulun etiketinin üstündə allergiyaya səbəb ola biləcək qida haqqında allergen xəbərdar edici bir yazı olur. Məsələn “iz (əsər) miqdarda fındıq ola bilər” (alm. “kann spuren von Haselnuss enthalten”) kimi burada bu məhsulun içində fındıq olmadığı, amma istehsal mərhələsində fındığın bu məhsula az da olsa bulaşmış ola biləcəyini ifadə edir. Bu şəkildə allergiyası olan insanlar xəbərdar edilir. Allergiyaya səbəb olan bir maddə qidanın adından da anlaşıla bilər. Məsələn xərçəng şorbası, fındıqlı şokolad kimi. Əgər modifikasiya edilmiş nişasta qlüten ehtiva edən bir dənli bitkilərdən əldə edilirsə, bu da xəbərdar edici bir cümlə ilə yazılmalıdır.

Bəzi qatqı maddələri istehsal mərhələsində allergik özəlliklərini itirirlər. Buna görə lizosimin (E1105) yumurtadan və ya tokoferollar (E306) soyadan əldə edildiyi yazılmaq məcburiyyətində deyildir. Çünki bu qatqı maddələri istehsal mərhələsindəki texnoloji və kimyəvi prosseslərlə allergiyaya səbəb olan hissələrdən ayrılaraq allergik özəlliklərini itirirlər.

Banan, çiyələk, kivi, armud, gavalı, şaftalı, kök, pomidor kimi meyvə və tərəvəzlər də allergiyaya səbəb ola bilər. Bu allergiyanın əlamətləri dodaqlarda, ağızda, boğazda yanma və qaşıntı, gözlərdə sulanma və qaşıntı, asqırma və burun axması şəklindədir.

Vücudlarında sulfit oksidaz fermenti olmayanlar, kükürd dioksid və sulfitləri (E220-228) parçalaya bilməzlər. Bu baxımdan kiloqramında 10 mq-dan çox kükürd dioksid (SO2) ehtiva edən qidaların etiketlərində kükürd dioksid və ya sulfit ehtiva etdiyi yazılır.

Qidalar və ya qida qatqı maddələri allergiyaya səbəb ola bilər. Bu halda hansı maddənin allergiyaya səbəb olduğu müəyyən etmək üçün mütəxəssis bir həkimə getmək lazımdır. Qida qatqı maddələrinə qarşı allergiyası olduğu düşünülən insanlar, bu qatqı maddələrini ehtiva etməyən bir dietlə 4-6 həftə boyunca qidalanır. Bu müddət içində bir sağalma görünmürsə, allergiya qatqı maddəsindən qaynaqlanmır. Əgər sağalma görünürsə, allergiyaya səbəb olma ehtimalı olan qatqı maddələrini ehtiva edən qidalar tək-tək yeyilərək hansı qatqı maddələrin allergiyaya səbəb olduğu müəyyən edilir. Bu müddətdə qatqı maddələri ehtiva edən kosmetika məhsulları, diş məcunu və dərmanlar da diqqətə alınmalıdır. Bəzi qida allergiyaları tətbiq olunan qidalanma proqamlarıyla ortadan qalxa bildiyi kimi bəziləri də ömür boyu davam edə bilir.

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir