Allergiya immunitet sistemimizin normalda zərərli olmayan bəzi maddələrə qarşı aşırı həssaslıq göstərməsidir. Ən çox allergiyaya səbəb olan allergenlər çiçək tozu, kif göbələyi, heyvan tükləri, dərmanlar, həşərat sancmaları, qidalar və qidalar içindəki qatqı maddələri kimi maddələrdir. Qida qatqı maddələrinə qarşı allergik reaksiyalar yetkin insanlarda 1%-nin, uşaqlarda 2%-nin altındadır. Həssas bədənli, yəni atopik insanlarda isə bu nisbət 2-7 % arasına çıxır. Meydana gələn bu reaksiyalar orqanizmimizdə bir çox sistemə təsir edir.
“Humboldt Üniversitetində 2000-ci ildə aparılan bir araşdırmada atopik dermatitli xəstələrə qatqı maddələri verilmişdir. Bu xəstələrin 40%-nin dərisində qatqı maddələri verilməsiylə ekzema baş vermişdir. Yenə eyni universitetedə Zuberbier və yoldaşları tərəfindən aparılan bir araşdırmada xroniki ürtikeri olan bir qrup xəstədə qatqı maddələrinin təsirləri araşdırılmışdır. Bu şəxslərərin dietlərinə qatqı maddələri əlavə edilmiş və xəstələrin təxminən beşdə birində qatqı maddələrinin ürtikeri artırdığı görülmüşdür. Bununla yanaşı qatqı maddələri ehtiva etməyən bir diet verildiyində isə, ürtikerli xəstələrin əksəriyyətinin sağaldığı müşahidə edilmişdir. Strazburg Üniversiteti Xəstəxanasında ciddi allergik reaksiya nəticəsində baş verən anafilaktik şoklu bir xəstənin yedikləri araşdırılmışdır. Ardından edilən allergiya testində yediyi qidalar içində olan və bir qatılaşdırıcı olaraq istifadə edilən quar kitrəsinə (E412) qarşı allergiyası olduğu müəyyən edilmişdir. Bir həşərat növündən əldə edilən və çiyələkli yoqurt kimi qırmızı rəng verməsi istənilən qidalarda istifadə edilən karmin (E120) qidalarla istehlak edildiyi və ya nəfəs alaraq tənəffüs yollarına təmas etdiyi zaman bəzi insanlarda ciddi allergik reaksiyalara səbəb olmuşdur.
Yuxarıda bir neçə örnək araşdırma nəticəsini təqdim etdiyimiz qida qatqı maddələrinə qarşı meydana gələn allergik reaksiyaları bu şəkildə xülasə edə bilərik: Dəridə ekzema, qızarma, qaşıntı və şişlik, həzm sistemində ishal, bulantı, qusma və qarın ağrısı, tənəffüs sistemində astma, öskürək, saman zökəmi və xışıltılı tənəffüs, əzələ-skelet sistemində oynaq ağrısı, gücsüzlük və əzələ ağrısı, sinir sistemində baş ağrısı, miqren, hissizlik və davranış pozuqluqları, ürək-damar sistemində ürək döyüntüsündə artım və nizamsızlıq.
Bu əlamətlər sadəcə qida qatqı maddələrinə qarşı meydana gələn özəl reaksiyalar deyildir. Hər hansı bir maddəyə qarşı allergik reaksiya meydana gəlirsə, yuxarıda sayılanlara bənzər sağlamlıq problemləri ortaya çıxa bilir. Qida qatqı maddələri ehtiva edən qidalar istehlak etdikdən sonra bu tip reaksiyalar ortaya çıxırsa, bu məlumatı müayinə olduğunuz həkimlə mütləq paylaşmalısınız. Həkimlər də xəstə müayinələrində allergik reaksiyaların bir səbəbkarı olaraq qida qatqı maddələrini diqqətə almalıdır. Qatqı maddələri qidalarda olduğu kimi dərmanlara da rəng vermək, kütlə əmələ gətirmək, dadlandırmaq və qorumaq kimi məqsədlərlə qatılır. Dərmanlarda rəngləndirici olaraq istifadə edilən boyalardan biri tartrazindir (E102). Tartrazin bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilən və bu reaksiyaların aspirin kimi bəzi dərmanlara həssaslığı olanlarda daha çox ortaya çıxdığı bir qatqı maddəsidir. Tartrazin ölkəmizdə Buspirone HC/və Fluoksetin HCl kimi psixiatrik dərmanlarda rəng vermək məqsədiylə geniş şəkildə istifadə edilir və bu dərmanı istifadə edənlərdə allergik reaksiyalara səbəb ola bilir. Hindistanda 480 xəstənin yer aldığı və Bhatia tərəfindən aparılan bir çalışmada, depressiya, həyəcan və ya panik atak kimi durumların müalicəsində istifadə edilən alprozolamın allergik təsirləri araşdırılmış və 20 xəstədə pozitiv əlamətlər aşkar edilmişdir. Bu xəstələrə başqa firmaların istehsal etdiyi və eyni təsirli maddəyə sahib ancaq tartrazin ehtiva etməyən dərmanlar verildikdə allergik əlamətlərin ortadan qalxdığı müşahidə edilmişdir. Eyni araşdırmaçı tartrazin ehtiva edən digər psixiatrik dərmanları da istifadə edərək 2210 fərdin iştirakı ilə daha geniş bir araşdırma həyata keçirmişdir. İki il müddətində psixiatrik dərman istifadə edən insanların izləndiyi çalışmada, xəstələrin 3,8%-də allergik reaksiyalar baş vermişdir. Daha sonra eyni təsirli maddəni ehtiva edən ancaq içində tartrazin olmayan fərqli dərmanlar verildiyi zaman xəstələrdə daha öncə görülən allergik reaksiyaların meydana gəlmədiyi müşahidə edilmişdir. Bu nəticələrdən hərəkətlə deyə bilərik ki, bir dərman istifadə olunarkən meydana gələn allergik təsirlər dərmanın özündən qaynaqlanmayıb yardımcı maddə olaraq içinə qoyulan qatqı maddələrindən qaynaqlana bilər. Bu nöqtəni xəstələr və həkimlər göz önünə almalıdır