Kron (Chrohn) xəstəliyi

Kron xəstəliyi xroniki və təkrarlayıcı özəllikdə olan iltihabi bir bağırsaq xəstəliyidır. Bağırsağın bəzi bölgələrində ülser şəklində yaralar olur. Bunlara bağlı olaraq qarın ağrısı, qanlı ishal, makat bölgəsində “fissür” deyilən çatlar və “fistül” olaraq adlandırılan iltihabın axdığı dəliklər ola bilər. Sonrakı mərhələdə bağırsaq tıxanmaları görülə bilir. Dərman və dietlə müalicə edilir. Bunlara cavab alınamazsa, bağırsağın problemli qismi əməliyyatda çıxarılır.

Xəstəliyin meydana gəlməsində immunitet sistemi ilə genetik və ətraf mühit kimi amlillər rol oynamaqla yanaşı, səbəbi tam olaraq müəyyən deyildir. İnkişaf etmiş ölkələrdə daha çox rastlanır. Bu baxımdan dietin önəmli olduğu düşünülür. Yaponiyada kron xəstəlikli fərdlər üzərində aparılan bir araşdırmada dietin bu xəstəliklərin qarşısının alınmasında önəmli olduğu nəticəsinə gəlinmişdir. Bu çalışmada dadlandırıcı, şəkər, şirniyyat, yağ, balıq və qabıqlı dəniz məhsulları istehlak etmək ilə kron xəstəliyi arasında pozitiv bir əlaqə tapılmışdır. Qidaların roluyla əlaqəli iki nöqtə ön plana çıxır. Birincisi qidalardakı mikropartiküllərin (mikrohissəciklər) bəzi hüceyrələrə toplanması, ikincisi isə qidalardakı bəzi maddələrin bağırsaq və bakteriyalarla qarşılıqlı təsirə girmələri nəticəsində meydana gələnə hadisələrdir.

Qida qatqı maddələri kron xəstəliyinın meydana gəlməsində rol oynayan besinsel amillərdən biridir. Bu amillər məcmua məqalələrdə ətraflı olaraq müzakirə edilmişdir. Bu məcmuələrdəki məlumatlara görə bəzi mikrobartiküllər, yəni ölçüləri çox kiçik olan inorqanik maddələr; qidalar, diş məcunu və dərmanlarla orqanizmimizə daxil olur. Qidalarla qəbul edilən mikropartiküllər, əsas olaraq qida qatqı maddələrindən meydana gəlir. Qatqı maddələrindən isə ən çox önə çıxanlar titanium dioksid (E171) və silikatlardır. Əsas silikatlar isə alüminium silikatlardır (Alüminium silikat və ya kaolin (E559), natrium alüminium silikat və ya natrium alüminosilikat (E554), kalium alüminium silikat (E555) və kalsium alüminium silikat (E556)). Alüminiumun kron xəstəliyinin meydana gəlməsi və alovlanmasında rol oynadığı düşünüldüyündən, alüminium ehtiva edən digər qatqı maddələri də kron xəstələri üçün riskli qəbul edilə bilər. Titanium dioksid ağ rəngli bir mineral olub şəkərləmə və bəzi süd kombinatı məhsullarında ağ rəng verməsi üçün istifadə edilir. Alüminium silikatlar isə duz, hazır qəhvə və qəhvə kremi kimi məhsullarda nahamarlığıa və yaprıxmaya qarşı istifadə edilir.

Orqanizmimizə kənardan qəbul edilən və qida maddəsi olmayan mikrobartiküllərin bağırsaqlardan sorulmadan nəcislə atılması gözlənərkən, az bir qismi limfa mayesinə keçərək bağırsaqların ətrafında olan limfa düyünlərindəki hüceyrələrdə yığılır. Bu hüceyrələrdə titanium dioksid və alüminium silikat mikropartiküllərinin yığılması kron xəstəliyi lezyonlarının ən erkən əlamətidir və kron xəstəliyində iltihablanmanı artırdığıyla əlaqəli bəzi əlamətlər mövcuddur.

Bu mikropartiküllərlə kron xəstəliyi arasındakı əlaqələri araşdırmaq məqsədiylə kron xəstələri üzərində aparılan bir araşdırmada mikrobartiküllərdən təmzilənmiş dietin xəstəlik əlamətləri üzərində müsbət təsirlər göstərdiyi müəyyən edilmişdir. Ancaq daha sonra İngiltərədə aparılan bir digər araşdırmada mikropartiküllərin dietdən çıxarılmasını kron xəstəliyinın aktiv dövründə bir sağalmaya səbəb olmadığı göstərilmişdir. Aparılan araşdırma nəticələri birlikdə dəyərləndirildiyində bu mikropartiküllərin kron xəstəliyinə səbəb olub olmamasıyla əlaqəli daha çox araşdırmaya ehtiyac olduğu anlaşılır.

Qida qatqı maddələrinin də içində olduğu və kənardan qəbul etdiyimiz bir qrup maddə bağırsaq hüceyrələrinin və bağırsaqdakı bakteriyaların səthindəki molekullarla qarşılıqlı təsirə keçərək bağırsaq hüceyrələrinin bu maddələrə verəcəyi cavabı dəyişdirə bilir.

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir