E102

Adı: Tartrazin

Digər adı: Tartrazine

Rəng Kodu: 19140

Mənşəyi: Sintetik

Təsviri: Mineral suları, meyvə şirələri, şərbətlər və limonadlar kimi aromalı içkilər, yeyilə bilən buzlar, dondurmalar, şirniyyat – biskvit, keks, tort, şokolad, jelelər, saqqız, noxud konservi, dərman və kosmetika məhsullarının yanında əl gelləri ilə sabunlar, yuyucular, rəngli daşlar kimi məhsullarının alınmasında geniş şəkildə istifadə edilir. Türkiyədə “ekoloji təmiz” məhsullar istisna olmaqla, hər cür qidada istifadəsi sərbəstdir. Ekoloji təmiz məhsullar tərkibində zərərli maddələrin miqdarı adi məhsullara nisbətən dəfələrlə az olan, normativlərə uyğun məhsullardır. Orqanik məhsullar mineral gübrələr, pestisidlər və digər texnogen təsirlərin olmadığı təmiz sahələrdən alınır. Təbii xammaldan minimal kənar qatqıların təsiri ilə alınan məhsulları da ekoloji təmiz hesab etmək olar.

Riskləri: Tiroid şişi və xromosom zədələnmələrinə səbəb olur. Benzoatlarla kombinasiyaları (E210-E215) nəticəsində tartrazin, uşaqlardakı hiperaktiv (ADHD sindromu) hadisələrin yaranması, eyni zamanda əqli (IQ) geriliyə səbəb olur. Astmaya oxşar əlamətlər müşahidə edilmişdir. Histamini sərbəst buraxır, bu səbəbdən allergik reaksiyalar meydana gətirir. Aspirinə və salisilikasitə (tut kimi meyvələr) qarşı allergiyası olanlara tartrazin rəng maddəsi allergiyaya səbəb olur.

İngiltərə Qida Standartları Agentliyinin (FSA) sifarişi ilə Southampton Universitetinin apardığı son araşdırmalar, tartrazin tərkibli qidaların uşaqlarda hiperaktivliyin artmasına və həssaslığın azalmasına səbəb olduğunu göstərdi.

Şəkərləmə, şirni, souslar və içkilərdə istifadə olunur. AB ölkələrində istifadə edilən qidalarda xəbərdaredici bir yazı yazılma məcburiyyəti vardır. FSA (Food Standart Agency) qadağan edilməsini təklif edir. Rusiya, Ukrayna və bir çox Avropa ölkələrində qida sənayesində istifadəsinə icazə verilir. Norveçdə istifadəsi qadağandır. Qətiyyən tövsiyə olunmur!

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir