E 103

Adı: Chrysoin Resorcinol

Mənşəyi: Sintetik

Təsviri: 1984-cü ildə dünyada istifadəsi qadağan edildiyindən ümumiyyətlə tətbiq edilmir.

Riskləri: Göz, dəri, selikli qişa ilə təmas zamanı ciddi qıcıqlanmaya səbəb olur.

1977-ci ildə Cenevrədə keçirilən FAO / ÜST-ün iyirmi birinci qida qatqıları barədə hesabatı zamanı E103 qatqısının geniş miqyaslı tədqiqatlarının nəticələri açıqlandı. Siçovullarda və siçanlarda 1955-1957-ci illərdə aparılan tədqiqatlar zamanı az miqdarda istifadənin heyvanlarda heç bir yan təsirin olmadığını göstərdi. Lakin, müntəzəm istifadə zamanı heyvanlarda xərçəngli şişlərin meydana gəlməsinə səbəb olur. 1984-cü ildən bəri Avropada, 1988-ci ildə isə ABŞ-da istifadəsi qadağan edildi. Rusiyada E103 qida qatqısı “Qida istehsalı üçün qida əlavələri” siyahısından yalnız 2008-ci ilin avqust ayında çıxarıldı. Türkiyə, Ukrayna və bir çox ölkələrdə istifadəsinə icazə verilmir. Qətiyyən tövsiyə olunmur!

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir