Adı: Fast Yellow AB
Mənşəyi: Sintetik
Təsviri: Sarı qida boyası. Ucuz olduğu üçün bir sıra ölkələrdə qida sənayesində istifadə olunmağa davam edir. Şərq ölkələrində (Çin, Tayland, Hindistan) istifadəsi geniş yayılmışdır. Şirniyyat və bəzi içkilərin rənglənməsi üçün geniş istifadə olunur.
E105 boyası, bütün növ təbii liflərin (yun, pambıq, ipək), həmçinin sintetik materialların (poliesterlər, akril liflər) boyanması üçün istifadə edilə bilər. Həmçinin boya və plastik istehsalında istifadə olunur.
Riskləri: Kanserogen olduğundan 1984-cü ildən bugünə qədər çox ölkədə, o cümlədən ABŞ, Türkiyə, Rusiya və Ukraynada istifadəsinə icazə verilmir. Qətiyyən tövsiyə olunmur!