Adı: Karmin
Digər adı: Cochineal E120i
Saf rəngləndirici
E120ii Hamekstrakt
Rəng Kodu: 75470
Mənşəyi: Heyvan mənşəli
Təsviri: Karmin heyvan mənşəli bir rəng maddəsidir. Karmini ilk istifadə edənlərinAzteklər və Mayalar olduğu bildirilir. İspanların Latın Amerikanı kəşfindən sonra karmin Avropaya gətirilmişdir. Karmin Meksika və Peruda yetişən bır kaktusda yaşayan Coccus cacti adlı böcəyin dişisinin qurudulub, üyüdülməsiylə əldə edilir.
Karmin ispanlar üçün qızıl və gümüşdən sonra ən əhəmiyyətli ticarət məhsulu idi. Avropalı din adamları və ingilis əsgərlərinin paltarları karmin ilə rənglənirdi.Karmin, London və Amsterdam Ticarət Mal Dəyişdirmə Mərkəzində daim ticarəti edilən və qiyməti yüksək olan bir məhsul idi. Bu rəng maddəsinin ticarəti uzun illər ispanların nəzarəti altında idi. Hətta çıxarılan bir qanunla bu kaktusu və böcəyi icazəsiz İspaniyaya gətirməyin cəzası edam edilirdi. 19-cu əsrdə isə böcəklər Kanarya Adaları tərəfindən idxal edildi və böyük miqdarda istehsal edildi. Beləcə karmin istehsalında Meksikanın təkəli sona çatdı. 19-cu əsrin ortasında Avropada qida və toxuculuq məhsulları üçün bir çox süni boyanın istehsalı ilə karmin boyasına olan tələb sürətlə azaldı. Halhazırda karmin heyvan mənşəli qaynaqdan əldə edilmiş olsa da məhsullarını təbii qatqı maddələriylə hazırlamaq istehsalçılar üçün sintetik boya maddələrinə qarşı alternativ bır boya maddəsidir. Bununla birlikdə vegeterianlar və Yəhudilər bu rəng maddəsindən hazırlanan qidaları istehlak etmir. Müsəlman qida istehlakçılarının isə karmin ehtiva edən məhsulları yeyib yeyə bilməyəcəyi haqqında dəqiq bir məlumat yoxdur. Böcəkdən əldə edilən bu rəng maddəsi, xüsusilə meyvə və tərəvəzlərdən hazırlanan qida məhsullarını rəngləmək məqsədiylə istifadə edilir. Karmin istiliyə və işığa qarşı dözümlü olduğu üçün qida məhsullarında geniş bir istifadə sahəsinə malikdir.
Qırmızı boya (koşineal) karminik turşu olub, “Dactylopius coccus” adlı kaktuslarda yaşayan bir bit (həşərat) növündən əldə edilir. Cochineal/Dactylopius coccus böcəyi, kaktus bitkisinə gənə kimi yapışaraq yaşayır. Qırmızı rəng piqmenti (boya maddəsi) olan və böcəyin bədən, yumurtalarından əldə edilən “karmin” və ya “kokhinealin” qanı, bədəni və sürfələri saf rəngləndirici (E120i) və xam ekstrakt (E120ii) şəklində satışa çıxarılır. Qida sənayesinin qırmızı rəngləndirici olaraq istifadə etdiyi bu bitin qanı, bədən və sürfələr, saf rəngləndirici (E 120i) və xammal ekstrakt (E120ii) olaraq satılır. Böcəklər isti suya salınaraq, yaxud günəşdə, ya da buxara məruz qalaraq öldürülür. İstehsaldakı metod fərqlilikləri və ya böcəyin fərqli növləri qırmızı, bənövşəyi və çəhrayı rəng tonlarını əmələ gətirir. Bir kilo boya əldə etmək üçün, 150-160.000 böcək lazımdır. İddiaların əksinə olaraq böcəklərdə həm maye, həm də qan mövcuddur. Toz halına gətirilərkən maye qismi kənarlaşdırılır.
Qida, dərman, toxuculuq, boya və bir çox sənaye sahəsində istifadə edilir. Geniş şəkildə dondurma, meyvəli qatışıqlar, saqqız, süd məhsulları, tort, keks, lokum, şəkər, jelatinli şirinlər, şokoladlar, souslar, kolbasa, sosislər, basdırmalar, cem, marmelad, limonadlar, meyvə suları, spirtli içkilər, küftələr, qəhvəaltılar kimi bir çox qida və içkilərdə ola bilər. Türkiyədə orqanik bitkilər istisna olmaqla, hər cür qidada istifadəsi sərbəstdir.
Riskləri: EFSA karminə qarşı allergik reaksiyalarda artım olduğunu açıqladı. FSA isə astma və allergik reaksiyalara səbəb olduğunu, bəzi insanlarda isə allergik reaksiyaların ən şiddətlisi olan “anafilaktik şok”a gətirib çıxardığını bildirmişdir. Miçiqan Universitetindən Dr. Baldwin (Baldvin) başçılığı altında bir heyət, karmin anafilaksi olaraq məlum olan ciddi bir allergik reaksiyaya səbəb ola biləcəyini sübut etdi. CSPI bu reaksiya üçün müalicənin xəstəxanada yataraq edilməli olduğunu söyləyir. Fransız tədqiqatçısı Korin Coygit (Corinne Geuget), “Additifs Alimentaires” adlı əsərində karminin səbəb olduğu riskləri belə izah edir: “Hiperaktivlik, astma, eqzema və yuxusuzluğa səbəb olduğu sübut edilmişdir. Kanserogen (yəni xərçəng inkişafına səbəb ola bilər) və mutagen (mutasiyaya və ya insan bədənində bioloji dəyişməyə səbəb ola bilər). Çoxalma prosesi və metabolizmə olan yan təsirləri mövzusunda hələ bir araşdırma aparılmamışdır”.
Aspirinə və salisilikasitə qarşı allergiyası olan kəslərdə karmin rəng maddəsi allergiyaya səbəb olur.Salisilikasit qidalarda təbii olaraq ananas, ərik, çiyələk, portağal, zoğal, qarağat, üzüm və limonda var. Əgər bu qidalar yeyildikdə allergiya olursa E 120 qatqı maddəsini ehtiva edən qidalar istehlak edildiyində də allergiyaya səbəb ola bilər. Dəridə qızarıqlıq və nəfəs almaqda çətinliklər ən diqqətə çarpan allergiya əlamətləridir. Bundan başqaE 120 xüsusilə benzoy turşusuna (E 210) qarşı həssas olan kəslərdə də allergiyaya səbəb ola bilir.
Karminin ən yaxşı və ən sağlam alternativi üzüm qabığıdır. Bəzi ətraflar karminin qanı olmadığını iddia etsə də, bir çox mənbələr qan olduğunu bildirir. Maidə Surəsi 3-də “qan istifadəsi”müsəlmanlara haramdır. Fiqhçilər sağlamlıq baxımından qorxusu olmasa da, hər hansı bir həşəratın qanı varsa, “halal deyildir” fikirindədir. Ancaq karminin müxtəlif xəstəliklərə səbəb olduğu da məlumdur. Bəs o halda sağlamlıq probleminə səbəb olan qidalar, İslamın “halal və təmiz qida istehlak edilməsi” əmri ilə təzadlı fikirlər yaratmır? Müxtəlif xəstəliklərə səbəb olan, allergen olan bir maddə sağlamlıq üçün bir zərurət deyil, bundan başqa bu rəngləndiricini müxtəlif qaynaqlardan da əldə etmək mümkündür, hər bir halda bu böcəyi istehlak etmək, “şübhəli bir hal” meydana gətirmirmi?
2009-cu ilin yanvar ayında FDA (Qida və Dərman İdarəsi) – ABŞ Qida və Dərman İdarəsi qida etiketlərinə karmin və kochineal tərkibi barədə məlumat qeyd edilməsi tənzimləməsini qəbul etdi və 5 yanvar 2011-ci ildə qüvvəyə minmişdir.
Nəticədə karmini (E120) istehlak edib-etməmək hər kəsin öz verəcəyi bir qərardır. Maddi və mənəvi nəmətlər hər kəsin özünə aiddir. Ancaq mövzu haqqında danışanların, sənayenin inanc və sağlamlığımızı təhlükəyə atan tətbiqlərinə qarşı daha məqsədəuyğun və məmnunedici fikirlər bildirməsi lazımdır.