E122

Adı: Azorubin

Digər adı: Carmoisine, Karmauzin

Rəng Kodu: U720

Mənşəyi: Sintetik

Təsviri: Qırmızı sintetik azo qida boyasıdır. Mineral suları, meyvə şirələri, şərbətlər və limonadlar kimi aromalı içkilər, yeyilə bilən buzlar, dondurmalar, saqqızlar, şirinlər, çörək məhsullarında istifadə edilir. Qida xaricində dərman, kosmetika, təmizlik məhsulları, rəngli daşlar, oyun xəmiri (plastilin) və insanla təmas edən bir çox məhsulun rəngləndirilməsində də istifadə edilir. Türkiyədə orqanik bitkilər istisna olmaqla, hər cür qidada istifadəsi sərbəstdir.

Riskləri: Kanserogendir. Dəri reaksiyalarına, astma, yuxusuzluğa və şişə səbəb olur. Uşaqlarda hiperaktivliyə və zəka (IQ) geriləməsinə gətirib çıxarır. Çox istifadə edildiyindən xüsusilə uşaqlarda icazə verilən ADI (gündəlik alına biləcək miqdar) nisbətinin artması müşahidə edilir. FSA qadağan edilməsini təklif edir. Ümumdünya Səhiyyə Təşkilatı, FAO ilə birlikdə gündəlik qəbul edilə bilən normanı 1 kq çəkiyə 4 mq olaraq müəyyən etdi. Avstraliya, Kanada, Yaponiya, Norveç, ABŞ və İsveçdə istifadəsi qadağandır. Qətiyyən tövsiyə olunmur!

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir