Adı: Amarant
Rəng Kodu: 16035
Mənşəyi: Sintetik
Təsviri: Bir çox məhsullarda istifadə edilən qırmızı sintetik azo qida boyasıdır. Spirtli içkilərdə istifadə edilir. Qida istisna olmaqla, dərman, kosmetika, təmizlik məhsulları, rəngli daş, oyun xəmiri və insanla təmas edən bir çox məhsulun rəngləndirilməsində də istifadə edilir. Türkiyədə orqanik bitkilər istisna olmaqla, hər cür qidada istifadəsi sərbəstdir. Rusiyada istifadəsi qadağandır.
Riskləri: Kanserogendir. Kanserogen və mutagenik olması səbəbiylə, Fransa, ABŞ və Rusiya başda olmaqla çoxlu sayda ölkələrdə qadağandır. Bir qrup ölkələrdə isə istifadəsi məhdudlaşdırılmışdır. Çox istifadə edildiyindən xüsusilə uşaqlarda icazə verilən ADI (gündəlik alına biləcək miqdar) nisbətinin artması müəyyən edilmişdir. Benzoatlarla kombinasiyalar halında uşaqlarda hiperaktivliyə gətirib çıxarır. Astma, yuxusuzluq, karsinogenik, genotoksik olan təsirləri səbəbindən çox təhlükəlidir. Fransa, ABŞ və Rusiya başda olmaqla, bir çox ölkədə qadağandır. AB ölkələrində və Türkiyədə sadəcə balıq yumurtası və likördə istifadəsinə icazə vardır. Qətiyyən tövsiyə olunmur!