E124

Adı: Ponso 4R

Digər adı: Brillant Scarlet 4R, (Ponceau 4R)

Digər adı: Cochineal Red A

Rəng Kodu: 16255

Mənşəyi: Sintetik

Təsviri: Bir çox məhsulda istifadə edilən qırmızı sintetik azo qida boyasıdır. Ketçup kimi souslar, mineral sular, meyvə şirələri, şərbətlər və limonadlar kimi aromalı içkilər, yeyilə bilən buzlar, dondurma, saqqız, keks, tort, börək, südlü aş, pudinq və çörək məhsulları, cem, jele, marmeladlar, eyni zamanda dərman, kosmetika, rəngli daş, oyun xəmiri kimi məhsullarda istifadə edilir. Türkiyədə orqanik bitkilər istisna olmaqla, hər cür qidada istifadəsi sərbəstdir.

Riskləri: Benzoatlarla kombinasiya halında uşaqlarda hiperaktivliyə və zəka (IQ) geriləməsinə, beyin böyüməsinə səbəb olur. Astma, dəridə qızarma, qaşınma, qabarıqların əmələ gəlməsi, yuxusuzluq, genetik mutasiya və xərçəngin yaranmasını şərtləndirir.

EFSA-nın 2009-cu ildəki hesabatına görə geniş miqyasda istifadə edildiyindən ADI nisbətləri normadan çox olmuşdur. EFSA-ya görə qətiyyən tövsiyə olunmur. FSA qadağan edilməsini təklif edir. Allergiya və hiperaktiviliyi yaratdığı dəqiqləşdirilmişdir. Heyvanlar üzərindəki təcrübələrdə xərçəngə səbəb olduğu aşkarlandığından 2006-cı ildə ABŞ-da istifadəsi qadağan edilmişdir.

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir