E127

Adı: Eritrosin

Rəng Kodu: 45430

Mənşəyi: Sintetik

Təsviri: Bir çox məhsullarda istifadə edilən qırmızı sintetik azo qida boyasıdır. Albalılı kokteyler, qəhvəaltılar, dondurma, buzlu, aromalı içkilər, jelelər, çərəzlər, saqqız, şirniyyat məhsulları və bir çox qidaların istehsalında istifadə edilir. Qida istisna olmaqla, dərman, kosmetika, təmizlik məhsulları, rəngli daş, oyun xəmiri və insanla təmas edən bir çox məmulatların rəngləndirilməsində də istifadə edilir.

Riskləri: Kanserogendir. İnsanlarda işığa qarşı həssaslığın artmasına, tiroid hormonunun səviyyəsini artırmaqla hipertiroidizmə səbəb olur. Siçanlar üzərində aparılan təcrübələrdə tiroid xərçənginə səbəb olduğu müəyyən edilmişdir. Bəzi məlumatlar hiperaktivliyi yüksəltdiyini göstərmişdir. Astma, dəridə qızarma, qaşınma, qabarıqların əmələ gəlməsi, yuxusuzluq, genetik mutasiya və xərçəngin yaranmasını şərtləndirir. Avstraliya, ABŞ, Danimarka, Belçika, İsveç, İsveçrə və Norveçdə qadağandır. Rusiyada istifadəsinə icazə verilmir. Qətiyyən tövsiyə olunmur!

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir