Adı: Qırmızı 2G
Digər adı: Red 2G
Mənşəyi: Sintetik
Təsviri: Bir çox məhsullarda istifadə edilən qırmızı sintetik azo qida boyasıdır. Qəhvəaltılar, dondurma, meyvəli və aromalı yoqurtlar, pudinq, kolbasa, sosislər, çiy və bişmiş ət məhsullarında istifadə edilir.
Riskləri: Qanın hemoqlobini ilə qarışma ehtimalı vardır. Kanserogendir, anemiya, eqzema kimi xəstəliklərin yaranmasına gətirib çıxarır. Uşaqlar tərəfindən istifadəsi tövsiyə olunmur.
Qidadan məsul Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA- European Food Safety Anthority) E 128 rəng maddəsini kanserogen maddələr siyahısına salmışdır. EFSA apardığı araşdırmalarda E 128-in insan sağlamlığına zərər verməyəcək ən az istifadə miqdarını təsbit edə bilməmişdir. AB Komissiyası 26 İyul 2007-ci il tarixində, 884/2007 nömrəli qərarı ilə E 128 (Red 2G) qatqı maddəsinin Avropa Birliyi ölkələrində istifadəsini qadağan etmişdir. İsveçrədə isə E 128-in yalnız bəzi qıymalarda istifadəsinə icazə vardır. EFSA-nın heyvanlar üzərində apardığı təcrübələrdə E 128 maddəsinin bədəndə kanserogen bir maddə olan anilinə çevrildiyi təsbit edilmişdir. Bu rəng maddəsi xüsusilə İrlandiya və İngiltərədə qəhvaltılıq sosiskalarda və hamburger kimi ət məhsullarında, ət miqdarını çox göstərmək məqsədiylə istifadə edilirək istehlakçının aldadılmasına səbəb olurdu.
Bu rəng maddəsinin qadağan edilməsiylə həm insan saglığı qorundu, həm də istehlakçıların aldadılmasının qarşısı alındı. E 128-in dəriylə birbaşa təması olmayan kosmetik məhsullarda istifadə edilməsinə icazə verilir. Avropa Birliyində E 128-in dərmanlarda istifadə edilməsi isə qadağandır. ABŞ, Avstraliya, Kanada, Yaponiyada istifadəsi qadağandır. 27 iyul 2007-ci ildə AB ölkələrində də qadağan edilmişdir. 01 noyabr 2007-ci ildə Türkiyədə istifadəsi qadağan edilmişdir. ABŞ, AB ölkələri, Avstraliya, Kanada, Yaponiya və Rusiyada qadağandır. Qətiyyən tövsiyə olunmur!