Adı: Sorbin turşusu
Mənşəyi: Sintetik
Təsviri: Sorbin turşusu və duzları ağ rəngli kristallik birləşmələr olub, suda pis həll olurlar (1,2%) və zəif xarakterik iyə malikdirlər. Göbələk və mayalara qarşı effektiv, bakteriyalara qarşı təsirsiz bir qoruyucudur. Sorbin turşusu və duzları funqisid təsirə malik olub, maya və çürümə göbələklərinin inkişafını dayandırır, süd turşusu bağırsaq florasını məhv edir. Bu xassələrinə görə digər konsevantlarla birlikdə tətbiq edilir. Əsasən fərqli kimyəvi yollarla əldə edilir. Bir çox məhsullarda istifadə olunduğundan gündəlik qəbul edilən ADI miqdarı adətən yüksək olur.
Riskləri: Araşdırmalar bu maddənin orqanizmdəki fermentatik sistemləri poza bildiyini təsdiqləmişdir. Bilavasitə bir sıra sağlamlıq problemlərinə səbəb olur. Bəzi insanlarda yalançı-allergik reaksiyalara səbəb olur. Qətiyyən tövsiyə olunmur!