Adı: Kalsium sorbat
Mənşəyi: Sintetik
Təsviri: E201 ilə eyni xüsusiyyətləri daşıyır.
Riskləri: E201 ilə eyni riskləri daşıyır. Qətiyyən tövsiyə olunmur!
Benzoy turşusu (E 210- 213): Konserv edici təsiri ilk olaraq 1875-ci ildə H. Fleck tərəfindən yazılmışdır. Benzoy turşu və duzları təbii olaraq ərik, qarağat, böyürtkən, anason – cirə, darçın və qərənfil kimi bir çox bitkinin qabıq, yarpaq və meyvələrində var. Benzoy turşu və duzları maya ilə kiflərə təsirlidir. Benzoy turşunun xüsusilə it və pişiklərə qarşı öldürücü təsiri olduğu bildirilir. Buna görə benzoy turşuyla konserv edilən balıq salatları pişiklərə verilməməlidir. Benzoy turşu, insanlarda astma və allergiyaya səbəb ola bilir. Aspirinə qarşı allergiyası olanlarda, benzoy turşu da allergiyaya səbəb ola bilir. Qidalarda ümumiyyətlə benzoy turşunun natrium duzu istifadə edilir. Benzoy turşu əlavə edildiyi qidanın dadına təsir edir. Sous, ketçap, turşu, zeytun əzməsi, süfrəlik zeytun, marqarin, marmelad, meyvə şirəsi və konservləri, qazlı içkilər, yumurta məhsulları, mayonez, krevet və turşularda istifadə edilir. Benzoy turşusu bədəndən atılaraq toxumalarda hər hansı bir toplanma olmur.