E220

Adı: Kükürd dioksid  

Mənşəyi: Sintetik

Təsviri: Kükürd (IV) oksid – SO2– suda yaxşı həll olan qazdır. SO2+H2O = H2SO3

Əmələ gələn sulfit turşusu antimikrob və göbələkləri məhv etmək xassəsinə malikdir. İnsanlar SO2 qazından qədim zamanlardan bəri şərabın emalında istifadə etmişlər. Meyvə və giləmeyvə şirələrinin uzun müddət saxlanmasında istifadə olunur. SO2 Bı vitaminini (tiamin) parçaladığına görə onun istifadəsi seçici olmalıdır. Yol verilən gündəlik dozası 0,35 mq və ya canlı orqanizmin hər kq çəkisinə 0,35 – 1,5 mkq nəzərdə tutulmuşdur.

Riskləri: Astmalı xəstələrdə tənəffüs problemlərinə səbəb olur. Allergik reaksiyalara da səbəb olduğu isbatlanmışdır. Allergiyanın ən qorxulu şəkli olan anafilaktik şoka gətirib çıxara bilir. Bağırsaq problemlərinə, ürəkbulanmaya səbəb olmuşdur, B vitamininin həzmini çətinləşdirərək azalda bilir. DNT üzərində mənfi təsirləri vardır. Qətiyyən tövsiyə olunmur!

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir