E230

Adı: Difenil 

Mənşəyi: Sintetik

Təsviri: Benzoldan sintez olunur. Sitrus bitkilərinin üzərində inkişaf edən Penicillium göbələk cinsinə qarşı istifadə edilir. Limon, portağal, mandarin, greyfrut kimi sitrus bitkilərində göbələk dərmanı olaraq istifadə olunduqda qabıqdan içəri nüfuz edərək meyvənin tərkibinə daxil olur. Su ilə nə qədər yuyulsa da, meyvənin qabığında istifadə olunan difenil qalır. Sitrus bitkiləri ilə təmasdan sonra əllər mütləq yuyulmalıdır. Bu qatqı maddəsi istifadə edildiyi məhsullar isə istehlak edilməməlidir. Qabıqları ilə birlikdə hazırlanan meyvə suyu və ona bənzər məhsullarda geniş şəkildə yayıla bilir. Difenil ümumiyyətlə meyvələrin saxlandığı qablaşdırma kağızlarına və kartonlara tətbiq olunur. Meyvələrdə difenil istifadə edilmişsə, bu xəbərdaredici bir yazıyla bildirilməlidir. Difenillə təmas edən sitrus bitkiləri yeyilmədən mütləq ilıq su ilə yuyulmalıdır.

Riskləri: Allergiyaya, ürəkbulanmaya, qusmaya və göz qıcıqlanmasına səbəb olur. Yüksək dozada difenil böyrəklərdə zədələnməyə səbəb ola bilir.Avstraliyada qadağan edildi. Qətiyyən tövsiyə olunmur!

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir