Adı: Sodium ortofenil fenol
Mənşəyi: Sintetik
Təsviri: Fenilfenolun sodium duzudur. Sitrus bitkilərinin, alma, armudların üzərində yetişən Penicillium göbələk cinsinə qarşı istifadə edildikdə qabıqdan içəri nüfuz edir və meyvənin tərkibində qalır. Su ilə nə qədər yuyulsa da meyvənin qabığında istifadə olunan difenil qalır. Sitrus bitkiləri ilə təmasdan sonra əllər mütləq yuyulmalıdır. Bu qatqı maddəsi istifadə edildiyi məhsullar isə istehlak edilməməlidir. Qabıqları ilə birlikdə hazırlanan meyvə suyu və ona bənzər məhsullarda geniş şəkildə yayıla bilir. Sitrus meyvələrinin səthində kif göbələklərinə qarşı istifadə edilir. Sitrus meyvələrinin mumlandığı mayeyə və ya mumlanmış kağızlara qatıla bilir. Buna görə sitrus meyvələri yeyilmədən əvvəl mütləq ilıq su ilə yuyulmalıdır. Bundan başqa qoruyucu maddələr əmdirilən kağızlar əsla uşaqlara verilməməlidir.
Riskləri: Allergiyaya, ürəkbulanmaya, qusmaya və göz qıcıqlanmasına səbəb olmaqla yanaşı, heyvanlarda aparılan araşdırmalarda ilk məlumatlar xərçəngə səbəb olduğunu ifadə edir. Avstraliyada qadağandır. Qətiyyən tövsiyə olunmur!