E233

Adı: Tiabendazol

Mənşəyi: Sintetik

Təsviri: Zəhərli bir maddə olub, ziyanverici öldürücü dərmandır. Meyvələrin üzərində geniş şəkildə göbələk əleyhinə istifadə olunur. Meyvələrin üzərinə püskürdülür və ya meyvələr tiabendazol sulu məhlulun içinə salınır.

Tiabendazol, qida qatqı maddələri siyahısından silinən bir maddədir. Buna baxmayaraq tiabendazol banan və portağal kimi meyvələrdə kiflənmənin qarşısının alınması və qurdlanmağa qarşı pestisit olaraq istifadə edilir. Portağallarda istifadə edilmişsə “tiabendazol ilə konserv edilmişdir” ifadəsi yazılmaq məcburiyyətindədir. Lakin bananda istifadə edilməsinə baxmayaraq qabıqlarıyla yeyilmədiyi üçün portağalda olduğu kimi bir xəbərdaredici yazı yazılma zəruriliyi yoxdur. Tiabendazol ilə rəftar görmüş banan əllə soyulduğunda təxminən 7-14 % nisbətində qalıq ələ bulaşa bilir. Buna görə ya əllərin ya da bananın yeyilmədən əvvəl yuyulması tövsiyə edilir.

Orqanik əkinçiliklə becərilən sitrus meyvələriin səthində difenil, ortofenilfenol və tiabendazol istifadə edilməsinə icazə verilmir. Tiabendazol istiliklə bir miqdar parçalanır. Lakin cem və ya tort istehsalında sitrus meyvələriin -sitrus bitkilərinin qabıqları istifadə ediləcəksə, orqanik məhsullar seçilməlidir. Aparılan araşdırmalara görə bəslənməklə bədənə ildə təxminən 22 mq tiabendazol daxil olur.

Riskləri: Allergiyaya, ürəkbulanmaya, qusmaya və göz qıcıqlanmasına səbəb olmaqla yanaşı, kanserogendir. Genotoksik təsirləri baxımından çox təhlükəlidir. Avstraliyada qadağandır. Qətiyyən tövsiyə olunmur!

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir