Adı: Nizin
Mənşəyi: Sintetik
Təsviri: Nizin “Lactococcus lactis” bakteriyası tərəfindən istehsal olunan bir antibiotikdir. Pendir, krem, konservləşdirilmiş meyvələr kimi bir çox məhsulda istifadə edilir. Bilavasitə nazik bağırsaqda həzm olunur.
Riskləri: Zərərsiz olduğunu iddia edən hesabatlar ziddiyyətlərlə doludur. Antibiotik tərkibli olduğundan istifadəsi məsləhət deyil. Avstraliyada qadağandır. Qətiyyən tövsiyə olunmur!
Nizin antibiotik təsiri olan bir qoruyucu bir maddədir. 1928-ci ildə pendir istehsalında yaşanan problemlər əsnasında o zamanki adı Streptococcus lactis olan bir bakteriyanın, laktik turşu bakteriyalarını təsirsiz hala gətirən bir maddə ifraz etdiyi kəşf edilmişdir. 1950-ci ildə isə ticari olaraq nisin istehsalına başlanmışdır. Nizinin ilk dəfə 1969-cu ildə FAO/WHO ortaq komitəsi tərəfindən qida qatqı maddəsi olaraq istifadəsinə icazə verilmişdir. 1974-cü ildə isə İngiltərədə qida qatqı maddəsi olaraq qəbul edilmişdir. Nizinin mikrobial sintezlə Lactococcus lactis adlı bakteriyadan əldə edilir. Nisin ticari olaraq İngiltərədə Nisaplin adı altında hazırlanır. Nizin ilə edilən akut toksiklik və təbii olaraq istehlak edilən miqdarlardan 100 qat daha çox alınaraq edilən uzun dövr calışmalarda, toksik təsirinin olmadığı müşahidə edilmişdir. Nizin bədənə qəbul edildikdən sonra bağırsaqlardakı həzm fermentləri tərəfindən parçalanır və təsirini itirir.
Halhazırda 80-dən çox ölkədə nisinin istifadəsinə icazə verilmişdir. Nizinin istifadə edildiyi qida maddələri ölkədən ölkəyə dəyişə bilir. Avropada ümumiyyətlə süd və süd məhsullarında, Avstraliyada pendir, konserv şorbalar, konserv pomidor püresi və sousunda, ABŞ-da əritmə pendirində, Sinqapurda pendir və konserv qidalarda, Qatarda süd və süd məhsullarında, Polşada olğunlaşdırılmış pendirdə, Argentinada emal olunmuş pendirlərdə və Orta şərq ölkələrində iqlim şərtlərindən ötəri süddə istifadə edilə bilir. Çin və Braziliyada isə ət və ət məhsullarında istifadəsinə icazə verilmişdir. Türk Qida Kodeksinə görə isə E234-ün, olğunlaşdırılmış və emal olunmuş pendir, irmik – manna yarması və tapioka nişastasından hazırlanan pudinqlərdə və turşudulmuş kremdə istifadəsinə icazə verilmişdir.