E235

Adı: Pimarasin

Digər adı: Natamisin

Mənşəyi: Sintetik

Təsviri: “Streptomyces natalensis” mikroorqanizminin fermentasiyasının nəticəsidir. Natamisin, kifin və maya artımının qarşısını almaq üçün istifadə edilən təbii bir qoruyucu maddəsidir. Kiflər, hətta çox aşağı temperaturlarda yüksək toksik maddələr (mikotoksin) ifraz edə bilirlər. Bu mikotoksinlərin bəziləri kanserogen özəlliklərə sahibdir. Bu maddələr qidanın içinə nüfuz edir və səthdəki kiflər diqqətlə təmizlənsə də, qida bu mikotoksinlərdən tamamilə təmizlənə bilməz. Bu səbəbdən, kifin inkişafına maneə törədən effektiv üsullar lazımdır.

Natamisin, ərzaq məhsullarında aşkarlanan bütün kif və mayalara qarşı çox təsirlidir. Bakteriyalara qarşı heç bir aktivliyi yoxdur. Natamisin, digər qoruyucuların əksinə olaraq, çox geniş bir pH diapazonunda (pH = 3-9) aktivlik göstərir.

Riskləri: Zərərsiz olduğunu iddia edən məlumatlar ziddiyətlərlə doludur. Antibiotik olması belə tək başına çəkinməyi gərəkdirir. Ürəkbulanmaya, qusmaya, qidalanma problemlərinə, bədən reaksiyalarına və ishala səbəb olur.

Natamisin xüsusilə pendir, kolbasa və sosislərdə geniş şəkildə istifadə olunur. Bəzi ölkələrdə meyvə suyu, şərab və yoqurtlarda da tətbiq edilir. Natamisin məhsullara ya püskürtmə sistemi ilə, ya da birbaşa daxilə əlavə edilirək istifadə olunur. Qətiyyən tövsiyə olunmur!

E 235 sərt və yarı sərt pendirlərin və sosiskaların səthində istifadə edilir. Bu antibiotik maddə təxminən 30 ildir pendirlərdə qoruyucu maddə olaraq istifadə edilir. Natamisin xüsusilə sosiska və pendirin olğunlaşması üçün lazımlı olan bakteriyaların çalışmasına icazə verərkən, zərərli kif və mayaların çoxalmasının qarşısını alır. Natamisinin, məhsulların səthindən içinə doğru ancaq 5 mm-ə qədər olmasına icazə verilir. Heyvanlar üzərində aparılan araşdırmalarda natamisinin hər hansı bir toksik təsiri müəyyən olunmamışdır. Natamisin suda və yağda həll olmadığından 90%-i bağırsaqlar tərəfindən atılmaqdadır. Buna baxmayaraq qidalarla bu qoruyucu maddəni yemək istəməyənlərə tövsiyə edilən, natamisin ehtiva edən pendirləri səthdən içəriyə doğru 5 mm kəsmələridir.

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir