Adı: Heksametilen tetramin
Mənşəyi: Sintetik
Təsviri: Göbələklərə qarşı qoruyucu olaraq istifadə edilir. Əsasən formaldehid və ammonyakdan alınır. Eyni zamanda dezinfeksiyaedici maddə olaraq bəzi kosmetikalarda tətbiq edilir.
Riskləri: Araşdırmalar heyvanlarda genetik mutasiyaya səbəb olduğunu təsbit etmişdir. Kanserogendir. JEFCA, E239-un qida qatqı maddəsi olaraq istifadə olunmaması tövsiyə edir. AB ölkələrində qadağandır. Qətiyyən tövsiyə olunmur!
Heksametilen tetraminin toksik təsirlərinə görə halhazırda istifadəsi məhduddur. Balıq və balıq məhsullarında Avstraliyada 80-ci illərədək istifadə edilmişdir. Halhazırda isə AB ölkələrində yalnız bir növ İtalyan pendiri olan “Provolone”də qoruyucu maddə olaraq istifadə edilir.