E270

Adı: Süd turşusu

Mənşəyi: Sintetik

Təsviri: Mayalara və göbələklərə qarşı qoruyucu kimi istifadə edilir. Əsasən nişasta və melassadan bakterial fermentasiya yolu ilə istehsal olunurlar. Türkiyədə istifadəsi sərbəstdir.

Riskləri: D və DL laktatlar körpələrə və balaca uşaqlara əsla verilməməlidir. Bu səbəbdən D və DL laktatların uşaq yeməklərində istifadəsi qadağandır. Bağırsaq, həzm problemlərinə səbəb olur. Türkiyədə istifadəsi sərbəstdir.

Laktik turşusu, ilk dəfə 1780-ci ildə isveçli kimyaçı Scheele tərəfindən turş süddə tapılmışdır. Laktik turşusu qoxusuz, turş dadda, lyrf bir orqanik turşudur. Laktik turşunun Avropada ilk sənaye istehsalı 1895-ci ildə reallaşmışdır. E 270 kimyəvi sintez və ya fermentasiya yoluyla süd turşusu mikroorqanizmləri köməyiylə nişasta kimi karbonhidratlı maddələrdən əldə edilir. Kimyəvi yolla əldə edilən laktik turşu, qidalardan daha çox kimya sənayesində istifadə edilir. Kimyəvi yolla istehsal mərhələsində luktik turşunun D və L formu deyə adlandırılan iki ayrı forması meydana gəlir. Insanlarda və heyvanlardakı laktik turşunun tamamına yaxını L(+) tormu halında var. Körpələr D- laktik turşu formunu parçalaya bilmədikləri üçün qanın turşuluğu artdığından uşaq yeməklərində istifadə edilən D- laktik turşunun miqdarını yazan xəbərdaredici bir ifadə var.

Laktik turşu və duzları qida, kimya və əczaçılıq kimi fərqli sahələrdə geniş şəkildə istifadə edilir. Xüsusilə qida sənayesində qoxusuz olması, yüngül turşluqda olması və istifadə edildiyi qidaların ləzzətini dəyişdirməməsi kimi səbəblərdən ötəri turşuluğu nizamlayıcı və qoruyucu maddə olaraq geniş bir istifadə sahəsinə sahibdir. Laktik turşu zeytun, pendir, şoraba, turşu, meyvəli içki, dəniz məhsulları, ət məhsulları, cem, jele, marmelad və konservlərdə rəng dəyişmələrinin qarşısını almaq və aromayı artırmaq məqsədiylə istifadə edilir. ABŞ və Kanadada toyuq karkaslarının işlənməsi əsnasında istifadə edilən yumaq sularına, antimikrobial təsir üçün laktik turşu qatıla bilir.

Laktik turşunun istifadə edildiyi bəzi qidalara təsirləri:

Turşunun dadını düzəldir.

Sekerlemelerin dadını yaxşılaşdırır.

Zeytun şorabasının şəffaflığını təmin edir.

Mal, qoyun və toyuq ətlərinin səthindəki bakteriya sayını azaldır.

Pendirin dadını, tekstürünü və stabiliteini artırır.

Süd tozu ehtiva edən körpə mamalarını daha həzm edilə bilər hala gətirir.

Ət və toyuq məhsullarında ləzzəti nizamlayır və bişmə verimini yüksəldir.

Spirtsiz içkilərin normal dadlarını qoruyur.

Mayonezin rəf ömürünü artırır.

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir