Adı: Propion turşusu
Mənşəyi: Sintetik, GDO-lu
Təsviri: Bakteriyaların genetik quruluşu dəyişdirilərək sintetik yolla əldə edilir. Un məmulatları başda olmaqla, bir çox məhsulda göbələklərə qarşı qoruyucu olaraq istifadə edilir. Süd məhsulları və digər qidalarda az miqdarda təbii şəkildə olur və xaricdən qəbulu gərəksizdir.
Propion turşusu və duzları 1940-cı ildən etibarən ABŞ-da çörək və pendirlərdə istifadə edilir. Propion turşu aşındırıcı təsirinə və iti qoxusuna görə qida sənayesində az istifadə edilir. İstifadədə daha çox natrium (Na) və kalsium (Ca) duzları tərceh edilir. Propion turşusu qidalarda da olan bir turşudur. Xüsusilə emmental pendirində propion turşusu bakteriyaları tərəfindən yetkinləşmə əsnasında təxminən 1%-ə qədər propion turşusu meydana gəlir. 1980-ci illərdə inkişaf edən istehsal texnologiyaları sayəsində çörək istehsalçıları, kəsilərək qablaşdırılmış çörəklərdə istilik tətbiqiylə mikroorqanizmləri təsirsiz hala gətirdiyindən propion turşunun istifadə edilməsi azalmışdır. Buna görə propion turşunun Almaniyada 1988-ci ildə texnoloji olaraq lazımlı görülmədiyindən istifadəsi dayandırılmışdır. 29 Yanvar 1998-ci ildə isə istifadəsinə yenidən icazə verilmişdir. Propion turşunun duzları xüsusilə çörək kimi soba məhsullarında, tortçuluq məhsullarında, konservlərdə, pendirdə, meyvə və tərəvəzlərdə səthdəki kiflənmənin qarşısını almaq məqsədiylə istifadə edilir. Propion turşusu bədəndə karbon 4 oksid və suya parçalanır.
Riskləri: Bağırsaq problemləri və miqrenə səbəb olduğu bildirilmişdir. Almaniyada istifadəsi qadağandır. Qətiyyən tövsiyə olunmur!