Adı: Fumar turşusu
Mənşəyi: Sintetik, mineral
Təsviri: Çoxsaylı qidalarda stabilizator olaraq istifadə edilir. Balıqların mühafizəsində natrium benzoatla birlikdə istifadə olunur. Mürəbbə, gel və bunlardan hazırlanan şirniyyatlarda gelləşmə xüsusiyyətini nizamlamaq üçün istifadə edilir.
Qabartma tozlarının turşu qaynağıdır. Əsasən şəkərin göbələk tərəfindən fermentasiyası və ya kimyəvi sintez yolu ilə əldə edilir.
Riskləri: Hal-hazırda məlum olan yan təsiri yoxdur.