E300

Adı: Askorbin turşusu  

Mənşəyi: Sintetik, GDO-lu       

Təsviri: Əsasən qlikozanın bakterial fermentasiyası yolu ilə sintez olunur. Bu istehsalda GDO-lu bakteriyaların istifadəsi yayılıb. Çoxlu sayda məhsula antioksidləşdiricit kimi əlavə edilən və ən geniş istifadə olunan qatqı maddəsidir. C vitamini adı ilə də məlumdur. Türkiyədə orqanik etiketli məhsullarda istifadəsinə izin verilir.

Riskləri: Çox az miqdarda qəbulu zamanı yan təsirinin olmadığı iddia edilir. Ancaq artıq miqdarda istifadə olunduqda böyrək daşı, həzm problemləri, ishal və kişilərdə spermanın azalmasına səbəb olduğu müəyyənləşdirilmişdir.

Bu qatqı maddələri kimyəvi olaraq və ya mikroorqanizmlər köməyi ilə hazırlanır. Askorbin turşu (C vitamini) qidalara ümumiyyətlə vitamin məqsədli deyil, texnoloji səbəblərə görə qatılır. Askorbin turşusu kürlənmiş ət məhsullarının rəng meydana gəlməsini sürətləndirir, meyvə sularında rəng solmasının qarşısını alır, təpə boşluğu buraxılmış konserv və şüşələrdəki oksigeni saxlayır, çörək istehsalında qlütenin təsirini yaxşı bir şəkildə göstərə bilməsinə kömək edir, tərəvəz və meyvələrdə qaralmağın qarşısını alır, içkilərdə dayanıqlılığı artırır və yağların acılaşmasının qarşısını alır.

Meyvə və tərəvəzlərdə bol miqdarda C vitamini var. Xüsusilə sitrus bitkisi meyvələri başda olmaq üzrə qara qarağat, itburnu, kələm, pomidor və bibər kimi bitki mənşəli məhsullar bol miqdarda C vitamini ehtiva edir. Heyvan mənşəli qidalarda isə C vitamini az miqdarda süd və qaraciyərdə var. Çox miqdarda qəbul edilən C vitamini bədəndən sidik yoluyla çölə çıxarılır.

Askorbin turşusu AB ölkələrində və Türkiyədə çörək istehsalında icazə verilən tək antioksidləşdirici qatqı maddəsidir. Askorbin turşusunun xəmirin xüsusiyyətlərini artırıcı təsiri ilk olaraq 1935-ci ildə müşahidə edilmişdir və bu tarixdən etibarən çox istifadə edilir. Askorbin turşusu, zəif unların qlüten keyfiyyətini yüksəldir, xəmirə elastiklik qazandırır, çörəkdə həcmi artırır, məhsulun iç quruluşunu və məsamələrini daha düzgün hala gətirir.

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir