Adı: Tokoferollar qarışığı
Mənşəyi: Sintetik, bitki mənşəli, GDO-lu
Təsviri: Vitamin E ekstraktıdır. Yağlı məhsullarda istifadə olunan antioksidləşdiricit, xüsusilə heyvan mənşəli yağların acılaşmasının qarşısını almaq üçün əlavə edilir. Eyni zamanda stabilizator olaraq da istifadə edilir. GDO-lu soya yağından əldə edilməsinə baxmayaraq, Türkiyədə orqanik etiketli məhsullar da daxil olmaqla istifadəsi sərbəstdir. Heyvan mənşəli, bitki mənşəli maye, qatı yağlar, pendir və şorbalarda istifadə edilir. Türkiyədə istifadəsi sərbəstdir.
Riskləri: Vitaminlərin bədəndə artıqlığı və ya çatışmazlığı problemlərə səbəb olur. Məsələn, yüksək dozada A vitamini qaraciyər üçün toksik olmaqla yanaşı, sümük və oynaq ağrılarına, saç tökülməsinə, iştahsızlığa, dəridə quruluq və qaşıntılara, C vitaminin artıqlığı böyrək daşı, həzm problemləri və yüksək dozada dəmir absorbsiyasına, gündəlik normadan çox qəbul edildikdə D vitamini ürək bulanması, qusma, yorğunluq, əsəbilik və sidik problemlərinə, E vitamini artığı isə ürəkbulanma, qusma, nadir olaraq mədə ağrılarına səbəb olur. GDO-lu olduğundan qətiyyən tövsiyə olunmur!