Adı: Butilləşmiş hidroksianisol
Digər adı: BHA
Mənşəyi: Sintetik
Təsviri: Heyvan mənşəli yağ və yağlı məhsulların acılaşmasının qarşısını almaq üçün istifadə olunan sintetik bir antioksidləşdiricitdır. Türkiyədə istifadəsi sərbəstdir. Bütilləşmiş hidroksianisol (BHA) və bütilləmiş hidroksitoluen (BHT) sintetik yolla əldə edilən antioksidləşdiricilərdir. BHA ilk dəfə ABŞ-da 1948-ci ildə, BHT isə 1954-cü ildə qidalarda istifadə edilməyə başlanmışdır. Bitki mənşəli yağların oksidləşməsinin qarşısını almaqda təsirlidirlər. Uçucu olmalarına görə ötəri qablaşdırma materiallarına qatıla bilir və buradan da qidaya keçir. Bu antioksidləşdiricilərin çox istehlakı həssas kəslərdə allergiyaya səbəb ola bilir. BHA və BHT yeməli qatı və maye yağlarda, hazır şorbalarda, tortlarda, toz kartof püresində, ədviyyat qarışıqlarında və süd tozunda istifadə edilə bilər.
Riskləri: Araşdırmalar zamanı hiperaktivliyə, astmaya, ürtikerə, yuxusuzluğa, qan və qaraciyər metabolizminin pozulmasına, həzm problemlərinə, xərçəngə, xolesterin artımına səbəb olduğu sübut edilmişdir. Bu səbəbdən, Yaponiyada qadağan edilmişdir. Beynəlxalq Xərçəng Araşdırma Agentliyi (İARC) isə insanlar üçün kanserogen olaraq qiymətləndirmişdir. Qətiyyən tövsiyə olunmur!